"3+3": Rusiya bu formata niyə maraqlıdır?
11:41 05.12.2023
Siyasət
493
Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan regional “3+3” platforması getdikcə daha perspektivli olur.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada azərbaycanlı həmkarı Ceyhun Bayramovla ikitərəfli görüşdə deyib.
“Prezident İlham Əliyevin Cənubi Qafqaz üzrə “3+3” regional platformasının formalaşdırılması təşəbbüsü artıq formalaşır, bu, həm də perspektivli formatdır. Bu istiqamətdə gələcək addımlar barədə qiymətləndirmələrinizi eşitməyə şad olaram”, - o qeyd edib
Mövzu ilə bağlı “Sherg.az”a danışan siyasi şərhçi Turab Rzayev bildirib ki, "3+3" formatı regional bir platformadır və bunda bölgə ölkələri arasında ən çox istəkli olan Rusiyadır:
“3+3" platformasında regionun bütün problemlərinin 6 ölkənin qaarşılıqlı münasibətləri əsasında həll olunması nəzərdə tutulub. Bölgəyə heç bir kənar müdaxilə olmur. Bu əlbəttə ki, Rusiyanın istəkləri ilə uzlaşır. Rusiya heç bir zaman ABŞ və Avropa ölkələrinin regiona təsirlərini istəməyib. Həmçinin "3+3" İranın da maraqlarına uyğun bir formatdır”.
T. Rzayev platformanın Qərbin planlarına uyğun gəlmədiyi üçün Ermənistan və Gürcüstana təzyiqlər olduğunu vurğulayıb:
“Belə olan halda sözü gedən iki dövlətin "3+3" platformasından uzaqlaşmasının şahidi oluruq. Xüsusilədə Gürcüstan Avropa İttifaqına inteqrasiya üçün bacardıqca bu formatdan uzaq durmağa çalışır. Ermənistan isə bölgəyə Qərbi gətirməkdə maraqlıdır, onlar öz ərazilərindən Rusiyanın hərbi bazasını çıxarmağa çalışır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM
16:23 03.11.2026
Gündəm
Avropaya raket atmaq İran üçün fəlakət olar - Politoloq
16:21 03.11.2026
Aktual
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
15:58 03.11.2026
Hadisə
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayıb
15:47 03.11.2026
Cəmiyyət
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
14:42 03.11.2026
Gündəm
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
14:29 03.11.2026
Dünya