Aİ-nin həyasız missiyası: Sərhədə daha 1500 havayı yeyən gəlir
10:36 17.01.2024
Aktual
531
Bu gün Avropa Birliyinin (AB) Ermənistandakı missiyası sərhədyanı ərazilərə 1500 patrul göndərir.
Bu barədə missiyanın X hesabında bildirilib.
Məlumata görə, missiyaya yerlərdəki vəziyyəti müşahidə etmək və hesabat hazırlamaq tapşırılıb:
“AB-nin Ermənistandakı missiyası Qafan, Gorus, İstisu (Cermuk), Keşişkənd (Yeğeqnadzor), Martuni və Karvansaraydakı (İcevan) 6 əməliyyat bazasında patrul xidməti həyata keçirir”.
Məsələ ilə bağlı "Sherg.az"a münasibət bildirən politoloq Turan Rzayev bildirib ki, belə yoxlanışlar vaxtaşırı olaraq keçirilir:
"Bu Avropa İttifaqı ilə Ermənistan arasında imzalanmış sazişlə bağlıdır. Müqaviləyə əsasən mütəmadi olaraq reydlər, patrul xidmətləri həyata keçirilərək sabitliyin təmin olunub-olmadığı ilə bağlı yoxlanış aparılır, hesabatlar tərtib olunur".
Politoloq ilk baxışdan bunun diqqət çəkən bir tərəfinin olmamasına rəğmən son günlər Ermənistanla Azərbaycan arasında müəyyən gərginliyin müşahidə olunduğunu da unutmamaq gərəkdiyini vurğulayıb:
"Xüsusən Ermənistan mediasında Azərbaycanın Ermənistan torpaqlarına ərazi iddiaları ilə bağlı əsassız xəbərlər dərc etməyə başlayıblar. Bu istiqamətdə Fransa kimi ölkələrdən bədbin praqnozlar açıqlamalar gəlməkdədir. Bunların fonunda Avropa İttifaqının əraziyə 1500 patrul göndərməsi təbii ki, diqqət çəkir. Avropa İttifaqının mülki missiyasının Ermənistandakı fəaliyyəti həmçinin Rusiyayla da bağlıdır. Rusiyanın buradakı hərbi varlığının müəyyən olunub, növbəti etabda azaldılması istiqamətində müvafiq addımlar atılması nəzərdə tutulub".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya