
Avropada ilk dəfə: İstanbul Hava Limanına üç təyyarə eyni anda eniş etdi
21:32 20.04.2025
Hadisə
921
İstanbul Hava Limanında dünən Avropada ilk dəfə həyata keçirilən “Eyni Zamanda Üç Müstəqil Zolaqda Əməliyyat” (Triple Independent Parallel Runway Operations) çərçivəsində 3 Türk Hava Yolları (THY) təyyarəsi eyni anda uğurla eniş edib.
Sherg.az xəbər verir ki, Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlunun 3 THY təyyarəsinə havaya qalxma icazəsi verməsi ilə start verilən bu əməliyyat, İstanbul Hava Limanında yeni bir dövrün başlanğıcı sayılır.
Baş tutan tarixi eniş əməliyyatında iştirak edən təyyarələr:
TK1794 reysi ilə Stokholm-İstanbul marşrutunu yerinə yetirən Boeing 737-800,
TK2419 reysi ilə Antalya-İstanbul marşrutunu yerinə yetirən Airbus A321,
TK1822 reysi ilə Paris-İstanbul marşrutunu yerinə yetirən Airbus A330 təyyarələri oldu.

Saat 16:30-da gerçəkləşən bu əməliyyat nəticəsində üç təyyarə eyni anda İstanbul Hava Limanının fərqli pistlərinə uğurla eniş etdi və bu hadisə Avropada bir ilk olaraq tarixə düşdü.
İstanbul Hava Limanı bu uğurla Avropada eyni anda üç təyyarənin həm eniş, həm də qalxış etdiyi ilk hava limanı statusunu qazandı.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransanın "Lion" komandasının yeni baş məşqçisi açıqlanıb
16:30 10.11.2026
Futbol
BMT: İqlim dəyişikliyi ciddi iqtisadi risklər yaradır
16:21 10.11.2026
İqtisadiyyat
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb
15:40 10.11.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
14:59 10.11.2026
Cəmiyyət
Qaradağ rayonunda 30 yaşlı kişi dəm qazından boğularaq ölüb
14:50 10.11.2026
Hadisə
Dekabrda neçə gün iş olmayacaq?
14:41 10.11.2026
Cəmiyyət
İran “Hörmüz” raketini hazırladı
14:33 10.11.2026
Region
Daha iki gün yağış yağacaq - XƏBƏRDARLIQ
14:06 10.11.2026
Ekologiya
Gürcüstan Prezidenti COP31-də iştirak edəcək
13:58 10.11.2026
Cənubi Qafqaz
Arsen Venger FIFA prezidenti ola bilər
13:50 10.11.2026
Futbol
Xəyali danışıqlarla bağlı saxta xəbərlər… - Rzayi
13:27 10.11.2026
Region
Ceyhun Bayramov Serbiya səfirinə "Dostluq" ordenini təqdim edib
13:18 10.11.2026
Siyasət
Marko Rubio Ukrayna XİN rəhbəri ilə görüşdü
13:10 10.11.2026
Gündəm
Azərbaycan XİN Polşaya başsağlığı verdi
12:50 10.11.2026
Siyasət
Sabah Bakıya fasilələrlə yağış yağacaq
12:28 10.11.2026
Ekologiya