Zelenski: Ukrayna müharibəni dayandırmağa çalışır
13:04 19.05.2025
Dünya
445
Ukrayna müharibəni sona çatdırmaq və davamlı sülh qurmaq məqsədilə diplomatik səylərini davam etdirir.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkə hesablarında məlumat paylaşılıb.
Ukrayna prezidenti diplomatik səylərini müzakirə etmək və müharibəni sona çatdırmaq məqsədilə müşavirə keçirib. Görüşdə Ukraynanın müdafiə naziri Rustem Umerov Türkiyədə aparılan danışıqlar və nümayəndə heyətinin fəaliyyəti barədə məlumat verib.
“15-16 may tarixlərində keçirilən görüşlər Ukraynanın sülhə olan əzmkarlığını və eyni zamanda müharibənin dayandırılması üçün Rusiyaya təzyiq göstərməyin vacibliyini göstərib”,- prezident qeyd edib.
Onun sözlərinə görə, görüşlərin ən mühüm nəticəsi 1000 məhbus mübadiləsi barədə razılığa gəlməyin olduğu bildirilib: “Ukrayna nümayəndə heyəti hazırda mübadilə prosesinin detalları üzərində işləyir və bu səylərə dəstək verən hər kəsə təşəkkür edir”.
Türkiyədəki Ukrayna nümayəndə heyətinin rəhbəri Rustem Umerov Rusiya ilə apardıqları danışıqların detalları barədə də məlumat verib. Ukraynanın nümayəndə heyəti danışıqları şərəfli şəkildə aparmağa müvəffəq olub və Rusiyanın bütün təhdidlərini rədd edib. Ukrayna insan həyatlarını qorumaq və diplomatiya üçün əsas təməl kimi tam və şərtsiz atəşkəsin vacibliyini vurğulayıb: "Ukrayna 30 günlük atəşkəsin təyin edilməsini və atəşkəsin daha sonra uzadılması imkanı təklif edib".
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa və Prezident Ofisinin rəhbəri Andrey Yermak ABŞ və Avropa ölkələri ilə əlaqələr haqqında da məlumat veriblər. Onlar Fransa, Böyük Britaniya, Almaniya, İtaliya, Polşa və Türkiyə nümayəndələri ilə aparılan danışıqların mövqelərini təqdim ediblər.
Prezident, milli danışıqlar qrupunun daimi və genişlənmiş formada yaradılması barədə tapşırıq verib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya
Antalyada COP31 başladı
12:31 09.11.2026
Gündəm
5,5 aylıq körpə anasının qaraciyəri sayəsində həyata qayıdıb
12:17 09.11.2026
Hadisə
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub
12:13 09.11.2026
Gündəm
Sürücülər istifadə etmədikləri xidmətə də pul ödəyir
11:57 09.11.2026
Aktual
Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib
11:47 09.11.2026
Gündəm