Afət Fərmanqızı: ”...30-dan çox toyun behini almışam”
Yusif Sultanoğlu
08:02 23.06.2021
Şou
437
Bir iyul tarixindən etibarən müəyyən şərtlərlə toyların keçirilməsinə icazə veriləcək. Həmçinin dəvətli sayına da bir sıra məhdudiyyətlər qoyulub. Artıq 400-500 nəfərlik toyları, 150 qonağın iştirak etdiyi məclislər əvəz edəcək. Bir də toylara icazə verilməsi ilə yada bu sahədən çörəy pulu qazanan insanlar düşür. Şübhəsiz onlardan ən tanınmışları müğənnilərdir. Sənətçilər bir il yarımdan sonra öz ölkəmizdə keçirilən toylarda ifa edəcəklər.
Mövzu barədə “Sherg.az”la həmsöhbət olan müğənni Afət Fərmanqızı toy sahiblərindən zənglərin gəldiyini söyləyib:
“Pandemiyadan əvvəl 30-dan çox toyun behini almışam. İndi fikirləşirəm ki, necə olacaq. Çünki vaxt azdır. Qarşıdan “Məhərrəm” ayı gəlir. Hamısı da altıncı və bazar günündə toyun olmasını istəyir.
Bu gün 9 toy yazmışam. Razılaşırıq, kartın nömrəsini göndərirəm behi köçürdürlər. Həm sevinirik. Bir tərəfdən də insanlara səslənirəm, vaksinasiyaya “hə” deyək. Ona görə ki toyda problem yaranmasın. Nəticədə koronavirusdan azad olaq. Məsələn, hazırda Rusiyada vəziyyət pisdir.
Biz qaydalara qarşı aqressiv idik. Deyirdik, toylara niyə icazə verilmir. Bəlkə də, ən az itki bizdə oldu. O da Prezidentimizin uğurlu siyasətinin nəticəsində durumumuz daha yaxşıdır. Başqa ölkələrdə belə deyil. Xəstəlik tüğyan edir. Hindistan ştammı yayılır. Rusiyadan camaat qaçıb gəlir. Onların içərisində müğənnilər də var.
Xəstəlik mənbəyidir. Xəstəliyi gətirəcəklər, ölkəmizi nə günə qoyacaqlar? Onları da qınamıram. Nə etsinlər ? Çörək pulu üçün getmişdilər. Lakin peyvənd olunsunlar. Mənim immunitet sertifikatım var.
Müddəti bitəndən sonra peyvənd olunacam. Hər şey qaydasındadır. Bəzi adamlar deyir ki, xəstələrin sayı azalıb, bir oyundur. Qonşum aptek müdiridir. O, deyir ki, dərman alan yoxdur. Deməli, yoluxan azdır. Əvvəl isə deyirdi, dərman çatdıra bilmirik. Gəlin, qaydalara əməl edək”.
Müğənni ötən ilin dekabr ayında koronavirusa yoluxduğunu xüsusi vurğulayıb:
“Bir ay evdən çıxmamışam. İndi toylara görə, dieatadayam. On kilo arıqlamışam. Bilirəm ki, immunitetim düşüb. Bu dəfə də yoluxsam pis olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol
Ermənistanda gerbdən xaçı silib, yerinə, görün, nə qoydular...
15:44 27.05.2026
Dünya
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
15:32 27.05.2026
Dünya
Kiriakos Mitsotakis İlham Əliyevi təbrik edib
14:47 27.05.2026
Rəsmi
Rusiya Ermənistanı yanacaq sazişlərini dayandırmaqla hədələyib
14:39 27.05.2026
Dünya
Paşinyan iddialı danışdı: Bu qərarı mən yox, xalq verəcək
14:07 27.05.2026
Cənubi Qafqaz
Əli Baqiri: İran və Oman Hörmüz boğazı ilə bağlı danışıqlar aparır
13:43 27.05.2026
Region