Azəri qızı Günel Tatlısəslə xatirələrindən DANIŞDI: “Dedi ki, ananın öldüyünü...”
Yusif Sultanoğlu
15:12 26.05.2021
Şou
676
"İlk albomum və PR-ımla əlaqəli bütün xərcləri İbrahim Tatlısəs ödədi”.
“Sherg.az” xəbər verir ki, bu sözləri “Özəl” proqramında müğənni Günel Zeynalova( Azəri qızı Günel) söyləyib. O ilk albomunun 2 milyona qədər satıldığını xüsusi vurğulayıb:
“İbrahim bəy də şokda idi. Hətta burada kasetin plagiatı satılırdı. Üz qapağındakı fotoda sifətim qıpqırmızı düşmüşdü, özümü tanıya bilmədim. Mən hər iki ölkəmə də təşəkkür edirəm. Biz iki dövlət, bir millətik”.
İfaçı türkiyəli ulduz İbrahim Tatlısəslə xatirələrindən də söz açıb:
““Beni anneme götürün” mahnısını ifa edirdim. İ.Tatlısəs dedi ki, ananın öldüyünü düşün, elə oxu. Adama belə söz deyərlər? Mənim də zəif nöqtəm ailəmdir. Onların yoxluğu ağlıma gələndə çox pis oluram. Ona görə həmin mahnını oxuyanda duyğusal idim, hətta ağladım da”.
G.Zeynalova deyib ki, onun həyatı bir film kimidir:
“Gələcəkdə ömür yolumdan kitab yazacam. Öncə valideynlərimdən yazmağa başlayacam. Çünki onların bir sevgi hekayəsi var. Biz də bu məhəbbətdən dünyaya gəlmişik. Hələ özəl həyatımda nələrisə yaşamamışam. Mən də sevib evlənmək istəyirəm. Yəqin ki, həyat yoldaşımın gözlərinə eşqlə baxmağı, belə mahnı oxumağı arzulayıram. Bir də ki, kefim olmayanda, ya da əsəbi halda yaxşı ifa edirəm. Mahnıdan çox şey asılıdır. Məncə, sənətçi hər durumda özünü mahnıya uyğunlaşdırmalıdır. Nənəm rəhmətə gedəndə konsertim var idi. Bir saat sonra səhnəyə çıxmalı idim və çıxdım”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Kristal Pelas” UEFA Konfrans Liqasının qalibi olub
01:41 28.05.2026
Futbol
Qaz kəməri Ermənistandan keçəcək - Paşinyan
01:19 28.05.2026
Cənubi Qafqaz
28 May – Respublika Günü qeyd olunur
00:10 28.05.2026
Tarix
Burak Aydın: SEPAH biz asan tikə deyilik mesajı verir
23:49 27.05.2026
Region
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət