Cem Yılmazın konsertinə bilet alanlara bəd xəbər - 50-700 MANAT...
19:24 11.10.2019
Şou
624
Türkiyəli aktyor, komediya ustası Cem Yılmazın Bakı konsertinin bilet qiymətləri açıqlanıb. Publika.az xəbər verir ki, "iTicket"də satılan 50-700 AZN aralığında satılan biletlərin qiymətləri varlıların ciblərini, kasıbların isə dodağını uçuqladıb.
Maraq üçün kiçik bir araşdırma etdik və məşhur komediya ustasını İstanbulda izləməklə Bakıda izləməyin nə qədər büdcə tələb etdiyini araşdırdıq.
Belə ki, İstanbula gediş-dönüş biletini "Buta Airways" ilə 156,89 manata alırsınız. Bu rəqəm həftəiçi 138 manat 21 qəpiyə qədər düşür. Türkiyənin məşhur "Biletix" onlayn bilet satışı saytı Cem Yılmazın İstanbuldakı səhnəsinin ən bahalı qiymətini 297 TL kimi göstərir ki, bu da manatla 86,36 azn edir. Yəni siz, 243 manat 25 qəpik ilə İstanbulun ən lüks səhnələrindən birində, ən yaxşı yerdə əyləşərək Cem Yılmaza gözünüzdən yaş gələnə qədər gülə bilərsiniz. Əgər Bakıda Cem Yılmaza gülmək üçün 700 AZN büdcə ayıra bilmisinizsə, İstanbula getmişkən qalan pula özünüzə xeyli yeni əşyalar da ala, sevdiyiniz komandanın matçına gedə və ya doyunca gəzib əylənə bilərsiniz.
Cem Yılmaz konsertlərinin birində belə bir hekayə danışır: "Bir gün atam dedi ki, özümü yuxuda görmüşəm. Sənin yerinə səhnəyə çıxırdım. Soruşdum ki, nə etdin səhnədə? Deyir "heç soruşma, heç bir şey də edə bilmirəm həyəcandan. Uçaraq səhnədən uzaqlaşıram". Dedim, daha nə edəcəksən? Təsəvvür et, aylar əvvəl bilet alıb tamaşaya gedəcəksən. Hər kəs yığışıb. "Gəldinizmi? Gəldik. Hadi bakalım. Prrr" Belə bir şey ola bilərmi?"
Cem Yılmaza burdan bir şad xəbərim, bilet alanlara isə bəd xəbərim var: Cem bəy, özünüz uça bilməsəniz də, Bakı sizin biletləri çoxdaan Ağrı dağının zirvəsinə uçurub.
Əziz Cem Yılmaz konsertinə bilet alanlar, siz isə görmədiniz getdi......
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual