Elza Seyidcahan deputat olmaq istəyir: "Qollarımı çırmalayıb, hazıram”
18:37 28.11.2019
Şou
982
“Deputat olmağa çoxdan qollarımı çırmalayıb, hazıram. Azərbaycanda baş verən bütün siyasi hadisələrə, o cümlədən aprel döyüşlərinə, 20 Yanvar, Xocalı faciəsinə həsr olunmuş şeir və mahnılarım var. Necə deyərlər papağım başımda, külüngüm əlimdə, hər zaman deputat olmağa hazıram”.
Bu sözləri əməkdar artist Elza Seyidcahan musavat.com-a açıqlamasında bildirib: Bu, məni çox sevindirir ki, xalqımız üçün bu qədər maraqlıyam. Hər zaman bu haqda mənə sula verirlər ki, “Elza xanım, deputatlığa namizədliyinizi verəcəksinizmi”, “Niyə həmişə çalışmışam ki, millət vəkili seçilim”. Həmişə hiss edirəm ki, əsl millət vəkili xalqı sevməlidir.
Əməkdar artist 2020-ci ildə keçiriləcək parlament seçkilərində öz namizədliyini irəli sürəcəyini deyib: “Bundan əvvəl 2015-ci ildə namizədliyimi irəli sürdüm. Bildiyiniz kimi, şüarım belə idi: ”Nə tez, nə gec, tam zamanında gəldim”. Çox xoşbəxtəm ki, bu yolu getdim. Həmin vaxt əksəriyyət mənə bildirdi ki, bəli, Elza xanım bu yola layiqdir. Şükürlər olsun ki, Allah mənə ağıl, məntiq verib, şəxsiyyətim formalaşıb.
Millət vəkili borcludur ki, ölkə rəhbərliyinin xalq üçün etdiyini xalqa çatdırsın, xalqını, millətini sevsin. Mən xalqımı sevirəm və halal zəhmətim, sevgim ilə onları ruhlandırıram.
Mənim müəllimim Arif Məlikov da zamanında millət vəkili olub. Hazırda Zeynəb Xanlarova da parlamentdədir. İstərdim ki, mən də bir sənətkar kimi deputat seçilim, millətimə, xalqıma layiqincə xidmət edim”.
Xatırladaq ki, bu gün Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının təcili iclasında parlamentdəki çoxluq Milli Məclisin buraxılması ilə bağlı müraciət edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm
Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub
17:21 01.09.2026
Gündəm
“Putini öldürmək mümkün deyil” - Kəşfiyyatçı səbəbini açıqladı
17:02 01.09.2026
Dünya
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm