Əri onu şeyxə satmaq istədi, qızı qəzada öldü - Beş dəfə ailə quran əfsanə
19:55 03.01.2022
Şou
792
"BBC"də yayımlanan əfsanəvi aktrisa Coan Kollinzin həyatından bəhs edən sənədli filmdə onun yaşadığı çətinliklər ortaya çıxıb.
Axşam.az xəbər verir ki, beş dəfə ailə həyatı quran aktrisa yalnız sonuncu evliliyində xoşbəxtliyi tapa bildiyini etiraf edib.
Məlum olub ki, 88 yaşlı sənətçi birinci həyat yoldaşı aktyor Maksvell Ridlə ilk görüşündə təcavüzə məruz qalıb. O, 1952-ci ildə Ridlə ailə həyatı qursa da həyat yoldaşı tərəfindən dəfələrlə cinsi zorakılığa məruz qalıb. Aktrisanın iddialarına görə, əri onu 10 min sterlinq müqabilində şeyxə satmağa çalışıb. Boşanma ərəfəsində Rid məşhurluğunu ona borclu olduğu iddia edib. Bu səbəbdən ayrılıq aktrisaya bugünkü pulla 1,9 milyon funta başa gəlib.
Coan 1963-cü ildə ikinci həyat yoldaşı, ingilis pop ulduzu Entoni Nyuli ilə ailə həyatı qurub. Entoninin fırıldaqçı olduğunu deyən aktrisa ərinin 6 illik evlilikləri müddətində ona davamlı olaraq xəyanət etdiyini açıqlayıb.
1972-ci ildə “Apple” şirkətinin rəhbəri Ron Kassa ərə gedən aktrisa "Üçüncü evliliyimdə maliyyə istismarına məruz qaldım” sözlərini işlədib.
Coanın dördüncü evliliyi isə skandinaviya müğənnisi Piter Holmla olub. O, bu həyat yoldaşının isə bütün işlərini nəzarətdə saxlamağa çalışdığını açıqlayıb. “O zaman karyeramın zirvəsində idim və bir komanda ilə işləyirdim. Lakin Piter vəkilimi, mühasibimi və menecerimi işdən çıxararaq həyatımı idarə edirdi", deyə, aktrisa bildirib.
O, beşinci həyat yoldaşı Persi Qibsonla 2000-ci ildə tanış olub. Coan özündən 32 yaş kiçik Persi Qibsonla xoşbəxt olduğunu etiraf edib. “Persi ilə tanış olan kimi bir-birimizə dəlicəsinə aşiq olduq. Hər şey heyrətamiz və gözəl idi. Bu evlilik mənim üçün bir mükafat oldu, çünki ilk dörd evliliyimdə bədbəxtliklərdən payımı almışdım. Dəhşətli boşanmalar yaşadım. Qızımı qəzada itirdim. Sonra iflas oldum, aktrisa kimi iş tapa bilməmək kimi bir çox problemlərlə qarşılaşdım. İndi Persi ilə çox xoşbəxtəm, sağ ol həyat", deyə, aktrisa müsahibəni bitirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu gün Türkiyədə Zəfər Bayramıdır
01:18 30.08.2026
Dünya
Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı - FOTO
01:11 30.08.2026
İqtisadiyyat
Könül Kərimovanın qızı boşanıb
00:31 30.08.2026
Şou
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
00:12 30.08.2026
Hadisə
"Manset.az" redaksiyasının ofisi yandı
00:08 30.08.2026
Hadisə
Dambrauskas "Sabah"ın rəqiblərindən danışdı - Video
00:00 30.08.2026
Futbol
Cem Yılmaz xəstəxanaya yerləşdirildi
23:07 29.08.2026
Mədəniyyət
İranda daha 28 nəfər edam edildi
22:44 29.08.2026
Region
Qrossi: Zaporojye AES-in tam sönməsinə 10 gün qaldı
22:29 29.08.2026
Dünya
Norveçin yeni kralı Haakon ilk dəfə çıxış edəcək
21:45 29.08.2026
Dünya
Bloomberg: Respublikaçılar Konqresdə çoxluğu itirə bilərlər
21:17 29.08.2026
Dünya
Tramp CNN telekanalını kəskin tənqid edib
20:42 29.08.2026
Gündəm
Moskvadan İrəvana sərt cavab: Bu, manipulyasiyadır
20:33 29.08.2026
Dünya
Yuxudan duran kimi su içmək təhlükəlidir - Həkimdən XƏBƏRDARLIQ
20:23 29.08.2026
Sağlamlıq
Xəstəxanada gizlənən HƏMAS komandiri vuruldu
20:05 29.08.2026
Dünya
Fidan misirli və qətərli həmkarı ilə danışdı
19:54 29.08.2026
Siyasət