Flora Kərimova: “İlhamə Quliyeva mənə “qan uddurub””- ŞOK sirlər...
Yusif Sultanoğlu
13:50 24.05.2021
Şou
1272
“Üstümə bıçaqla gəldilər, divara qısıldım”
“Orada olanlar aramıza girdilər, bıçaq mənə dəymədi”
Sənət dünyasının ən uzunmüddətli və çox danışılan Flora Kərimova və İlhamə Quliyeva qalmaqalıdır. Hamı onların bu soyuq münasibətlərinin səbəbini bilmək istəyirdi. Şübhəsiz versiyalarımız var idi. Lakin özlərindən əsl səbəbi eşitməmişdik.
İki xalq artistindən biri indi aramızda yoxdur. Digəri, korifey sənətkar Flora Kərimova isə bizimlədir. O bir müddət öncə “Dəyişən cavab” verilişində qonaq olarkən sözügedən məsələyə aydınlıq gətirib, “sirr qutusu”nu açıb.
“Sherg.az” xəbər verir ki, Flora xanım İ.Quliyevanın əməllərindən danışıb:
“İlhamə yazdırırdı ki, mən oxuya bilmirəm, yaxud da guya qızımı yetimxanadan götürmüşəm. Məni müğənnilər sırasından çıxarmaq istəyirdi, alınmadı. Hətta ailə üzvlərimi də dilə gətirdi. Onlar da məndən yazmağa başladılar.
İkinci həyat yoldaşım Faiq Şəfiyev rəhmətə gedəndə öz evindən yola salındı. Qohumları onu Maştağada dəfn etmək istəyirdilər. Mən razı olmadım. Sükan arxasında oturdum, cənazəni aparmalarına icazə vermədim. Məni İ.Quliyevaya tapşırmışdılar.
Onunla danışmışdılar ki, məni tabut arxasınca getməyə qoymasın. O da çox aktiv davranırdı. Həyat yoldaşımın nəşini yola salanda dedim, Faiq, sənin məzarına təkcə indi gələcəm. Elə də oldu. Övladlarım qəbir üstə gedirdilər. Mən isə Faiqi orada qalmağa qoymadım. Molla demişdi ki ət sümükdən ayrılmadan yerini dəyişdirmək olmaz. Ona görə bir il gözlədim. Sonra onu anamın yanında dəfn elədim”.
Flora xanım həmçinin həyat yoldaşının qohumlarının və İ.Quliyevanın ona “qan uddurduğunu” söyləyib:
“Düşünürəm ki, necə dəli olmadım? Camaat yığılanda qışqırıq səsi eşitdim. Gördüm ki, İlhamə yasa gələnləri Faiq olan otaqdan qovur. Sözləşmişdilər ki, evi əlimdən alsınlar. Üstümə bıçaqla gəldilər, divara qısıldım. Orada olanlar aramıza girdilər, bıçaq mənə dəymədi.
İlhamə qohumlarla danışmışdı. Bizim 3 maşınımız var idi. Onları və evi əlimdən almağı qərarlaşdırmışdılar. Polisə yazırdılar ki, guya kiminsə uşağını öldürmək istəyirəm.
Məndən əvvəl Faiqlə İlhamənin münasibəti olub. Eləcə də birinci həyat yoldaşım İbrahim Süleymanovla əlaqələri vardı. Ondakı qadın qısqançlığı idi.
Səsimdən,qabiliyyətimdən, ağlımdan başqa mənim bəxtimi də qısqanırdı. İlhamə İbrahim bəyin mahnılarını oxuyanda münasibətləri yaranıb. Elə oldu ki, İbrahim də, Faiq də sonra mənimlə ailə qurdular”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Kristal Pelas” UEFA Konfrans Liqasının qalibi olub
01:41 28.05.2026
Futbol
Qaz kəməri Ermənistandan keçəcək - Paşinyan
01:19 28.05.2026
Cənubi Qafqaz
28 May – Respublika Günü qeyd olunur
00:10 28.05.2026
Tarix
Burak Aydın: SEPAH biz asan tikə deyilik mesajı verir
23:49 27.05.2026
Region
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət