Kərimin qohumu danışdı: "Artıq hər şey gecdir..."
09:52 24.12.2019
Şou
548
Hazırda Kərim bəyin müalicəsi davam edir. Yataq xəstəsidir, gəzə bilmir, danışmaqda çətinlik çəkir. Bu sözləri Kult.az-a açıqlamasında meyxanaçı Kərim Novruzovun bacısı oğlu Rüstəm Cənnətov deyib. O, meyxanaçının səhhətinin normallaşmasının bundan sonra mümkünsüz olduğunu bildirib:
“Yaddaşını tam şəkildə itirdiyini demək olmaz. Hərdən xatırlasa da, sonradan unudur. Xəstə olduğu üçün bədəni tez yorulur, danışmaq istəmir. 3 ildir ki, insult keçirib. Beynində 5 yerdən qansızma var. Nə qədər qarşısını alsalar da, artıq heç nə etmək mümkün deyil. Bundan sonra Allah nə ömür veribsə, onu yaşayacaq. Onu əvvəlki halına gətirmək mümkün deyil. Yeməyini də biz yediririk”.
R.Cənnətov meyxanaçı Ağamirzənin sənət dostu Kərim bəyin ailəsinin maddi çətinlik çəkməsi ilə bağlı dediklərinə də aydınlıq gətirib:
“Heydər Əliyev Fondu sağ olsun, çox böyük dəstək oldu, əlindən gələni etdi. Lazım olsaydı, xaricə müalicəyə də göndərərdi. Bu günün özündə də klinikaya aparanda dəstək olur. Fond istənilən vaxt dəstək verir. Sadəcə olaraq dayım gəzə bilmədiyinə görə evdən çıxmır. Fevral ayında fond dəstək oldu, həkimə apardıq, ayaqları açıldı. Amma indi həkimlərin gücü çatmır ki, Kərim bəyi ayağa qaldırsın.
Kərim bəyin ailəsinin maddi çətinliyi dolanışıqla bağlıdır. Çünki ailədə işləyən, pul qazanan Kərim bəy idi. Oğlu montaj işinə baxır, birtəhər dolanırlar. Başqa gəlirləri yoxdur”.
Qeyd edək ki, meyxanaçı Ağamirzə “Ay Zaur” verilişində qonaq olarkən sənət dostu Kərimin yaddaşını itirdiyini demişdi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm
Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub
17:21 01.09.2026
Gündəm
“Putini öldürmək mümkün deyil” - Kəşfiyyatçı səbəbini açıqladı
17:02 01.09.2026
Dünya
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm
Baş Qərargah: Rusiya son üç ayda 124 mindən çox hərbçi itirib
16:42 01.09.2026
Dünya