“Lotu”larla oturub-duran müğənnilərə sərt TƏNQİD:"Belə insanların..."
Yusif Sultanoğlu
11:54 26.05.2021
Şou
563
“Bu prosesdə müğənnilərin, sənətçilərin iştirakı qəti qınanmalıdır”
“Belə insanların fəxri adları varsa, geri alınmalıdır ki, başqalarına ibrət olsun”
“Bu da yaxşı hal deyil və yeni nəslin tərbiyəsinin pozulmasında təsiri böyükdür”
Son zamanlar müğənnilərin “oğru” aləminin nümayəndələri ilə foto-videoları yayılır. Onların “lotu”larla olan əlaqəsi sosial şəbəkələrdə müzakirə doğurur. Məsələn, yaxın günlərdə müğənni Rəqsanə İsmayılovanın Moskvada qətlə yetirilən “Albert Rıjiy” ləqəbli “qanuni oğru” Əli Heydərovla birgə görüntüləri gündəm oldu. Bununla yanaşı müğənninin qızı Aysun İsmayılova və həmkarı Damlanın da Ə.Heydərovla fotosu paylaşıldı. Aydındır ki, şou əhli “vorovskoy” məclislərində, toylarında ifa edirlər.
Bəs “incəsənət adamları”nın cinayətkarlarla adının hallanması və cəmiyyətdə belə mövzularla müzakirə olunması düzgündürmü?
Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov “Şərq”ə mövzu ilə əlaqədar bunları söyləyib:
“Son vaxtlar cinayət işlərində adları hallanan, həm də cinayətkar aləmin üzvləri ilə oturub-duran, foto çəkdirib sosial şəbəkədə yayan müğənnilərin sayı çoxalıb. Bu, xoş olmayan haldır. Məsələn, cinayətkarlardan soruşsaq ki, övladınızın “lotu”, “oğru” olmasını, həbsxanaya düşməsini istərdinizmi? Onlar müsbət cavab verməzlər.
Çünki həmin həyatın çətinliklərini bilirlər. Nə qədər dəyərli, hörmətə layiq insanlar olsa da, tutulmaq istəməzlər. Türmədəkiləri, cinayət törətmişləri ideallaşdırmaq olmaz.
Keçmiş MDB ölkələrində, Azərbaycanda və Türkiyədə bu daha çox yayılıb. Mafiya ABŞ-da, İtaliyada, İspaniyada və Cənubi Amerikada ötən əsrdə ideallaşdırılırdı. Lakin ictimai qınaqdan sonra mafiya şəbəkələri dağıdıldı. Ardınca onların deyil, bəşəriyyətə elmi-texniki kəşflərlə faydası olan insanlara rəğbət artırıldı.
Təəssüf ki, bizdə onların arxivdə qoyduğu tendensiya yeni inkişaf edir. Bu prosesdə müğənnilərin, sənətçilərin iştirakı qəti qınanmalıdır. Belə insanların fəxri adları varsa, geri alınmalıdır ki, başqalarına ibrət olsun.
Həbsxanadakıların bir çoxu subyektiv səbəblərə görə, tutulub. Amma ədalət carçıları kimi reklam olunurlar. Bu da yaxşı hal deyil və yeni nəslin tərbiyəsinin pozulmasında təsiri böyükdür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Kristal Pelas” UEFA Konfrans Liqasının qalibi olub
01:41 28.05.2026
Futbol
Qaz kəməri Ermənistandan keçəcək - Paşinyan
01:19 28.05.2026
Cənubi Qafqaz
28 May – Respublika Günü qeyd olunur
00:10 28.05.2026
Tarix
Burak Aydın: SEPAH biz asan tikə deyilik mesajı verir
23:49 27.05.2026
Region
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət