Murad Azərbaycanı “Avroviziya”da təmsil etmək istəyir: "Üç dəqiqə ərzində fəth edəcəyəm"
11:40 06.12.2019
Şou
537
Bəstəkar-müğənni Murad Arif mayın 12-dən 16-dək Niderland Krallığının Rotterdam şəhərində keçiriləcək “Avroviziya-2020” beynəlxalq mahnı yarışmasında ölkəsini təmsil etmək fikrinə düşüb.
Oxu.Az xəbər verir ki, sənətçi bu haqda şəxsi “Facebook” hesabında yazıb. Ötən axşam klubların birində konsert verən sənətçi namizədliyini irəli sürdüyü haqda status paylaşıb:
“Bugünkü konsertimdən sonra bəyan etmək istəyirəm və hər birinizdən buna dəstək gözləyirəm: “Eurovision 2020” üçün namizədliyimi rəsmi olaraq təklif edirəm. Buna hazıram və arzulayıram.
Bizə üç dəqiqəlik hit lazımdır ki, özümüz yazaq, öz uşaqlarımızla, nəğməmizlə oraları partladaq. Bizə inanın!”
Məsələ ilə bağlı Oxu.Az-ın əməkdaşı Murad Arif ilə əlaqə saxlayıb. O “Avroviziya” müsabiqəsinə tam hazır olduğunu bildirib:
“Ötən axşam möhtəşəm bir konsert proqramı ilə çıxış etdim. Məhz bu konsertdən sonra bir daha əmin oldum ki, “Avroviziya”ya tam hazıram. Amma bu il yarışmaya qatılmaq istəyirəm. Çünki bu gücü və hazırlığı indi özümdə görürəm. Mənim qədər “Avroviziya”nı mükəmməl şəkildə öyrənən və təhlil eden yoxdur. Dəfələrlə mən yarışmanın şərhçisi olmuşam.
Bir dənə “Hə” cavabı alsan bütün gücümü bu yolda səfərbər edib, Avropa səhnəsini üç dəqiqə ərzində fəth edəcəyəm. Bunu ürəkdən istəyirəm. Əminəm ki, bunu bacaracağam. Çox iddialıyam. Bəstələrim və mahnılarım ölkə sərhədlərindən çıxıb, əcnəbi ifaçıların repertuarlarında yer alıb. Bu Azərbaycanda ilk dəfədir ki, məşhur pop ifaçı öz istəyini və ideyasını ortaya qoyur”.
Qeyd edək ki, “Avroviziya-2019” yarışmasının qalibi Niderland təmsilçisi Dunkan Laurens olub. Dunkan 492 səslə ölkəsinə “Avroviziya” sevinci yaşadıb. Azərbaycan təmsilçisi Çingiz Mustafayev 297 xalla yeddinci yerdə qərarlaşıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm
Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub
17:21 01.09.2026
Gündəm
“Putini öldürmək mümkün deyil” - Kəşfiyyatçı səbəbini açıqladı
17:02 01.09.2026
Dünya
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm