Nazilə açıqladı:"Mən bahalı deyil, keyfiyyətli xidmət edirəm"
Yusif Sultanoğlu
14:39 25.06.2021
Şou
853
“Əziz xanımlar, yazırsınız ki, xına paketi haqda məlumat ver. Əvvəla “xına paketi” anlayışı yanlışdır. Həmin məlumatlarda sizi aldadırlar”.
“Sherg.az” xəbər verir ki, bu sözləri İnstaqram hesabında paylaşdığı videoda şairə Nazilə Səfərli deyib. O, fikirlərinə bunları da əlavə edib:
“Ona görə ki, bir xına paketində çəkiliş, rəqs, dekor və sair varsa, bunun keyfiyyətli-keyfiyyətsizi də mövcuddur. Fikirləşirsiniz ki, xına mərasiminizə çəkiliş gələcək. Ancaq 1990-cı illərin kamerasını gətirirlər. Nazilə isə ən son model texnologiya ilə gəlir. Sonra da deyirlər, Nazilə bahaçıldır. Keyfiyyətli iş görürəm. Demək istəyirəm ki, danışanda əvvəlcə keyfiyyətlə maraqlanın. Tədbiriniz üçün nəyə istəsəniz qənaət edin. Amma çəkilişə qənaət yaraşmır. Çünki çəkiliş sizi 100 il tarixdə saxlayır.
Xınayaxdı şirkətlərinə zəng edirlər, deyirlər, paket neçəyədir. Onlar da dərhal yaxşı qiymət irəli sürürlər. Paketin içində nəyin olduğuna baxırıq. Yazıblar , musiqi daxildir. Bir orkestr var, bir də “palatka” toylarından çıxıb ritmi bilməyən nağara və sair. Mən artıq söz demək istəmirəm. “Palatka” toylarını da pisləmirəm. Bəzi musiqiçilər istismara yararlı deyillər. Onları xınaya sırıyıb, camaatdan xeyli miqdarda pul alırsınız. Fikirləşirəm ki, xınaya kim gəlsin, əməkdar artistləri, peşəkar musiqiçilərə zəng edirəm ki, yaxşı alınsın. Şirkətlər paketdə gəlinin əlinin yaylığı, xınalar, şamlar və sairləri də yığıb sıranı uzadıblar. Eyni hallar restoronlarda da müşahidə olunur. Məsələn, 40 manatlıq menyuya baxırsan ki, nələr yazılıb, amma stola gətiriləndə heç nə yoxdur. Başqa bir restoranda menyu 150-200 manatdır, içində yüksək səviyyəli hər şey var. Sonra deyirlər, filan restoran bahadır. Yaxşısını alıb ortaya çıxarıb. Gərək toydan sonra zəhərlənəsiniz? Ya et, ya etmə. Orda-burda şayiə yayıb Nazilə bahalıdır deyib, məni işə salmayın. Mən bahalı deyil, keyfiyyətli xidmət edirəm. Gördüyüm işin markasını göstərirəm. Müştəri istəyir onu başqa yerdən toplasın. Məndən istəsə ki, bu keyfiyyətsiz paket yığ. Etmərəm. İşi təmiz görməlisən”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol
Ermənistanda gerbdən xaçı silib, yerinə, görün, nə qoydular...
15:44 27.05.2026
Dünya
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
15:32 27.05.2026
Dünya
Kiriakos Mitsotakis İlham Əliyevi təbrik edib
14:47 27.05.2026
Rəsmi
Rusiya Ermənistanı yanacaq sazişlərini dayandırmaqla hədələyib
14:39 27.05.2026
Dünya
Paşinyan iddialı danışdı: Bu qərarı mən yox, xalq verəcək
14:07 27.05.2026
Cənubi Qafqaz
Əli Baqiri: İran və Oman Hörmüz boğazı ilə bağlı danışıqlar aparır
13:43 27.05.2026
Region
Kılıçdaroğlu Özgür Özelin CHP-də qurultay çağırışına cavab verib
13:32 27.05.2026
Dünya
Sabahın hava proqnozu açıqlanıb
13:21 27.05.2026
Ekologiya
SEPAH: Müharibənin yenidən başlama ehtimalı azdır
13:10 27.05.2026
Gündəm