Nigar Şabanova "Sherg.az"a açıqladı: "Özəl həyatıma qarışmayın"
Yusif Sultanoğlu
16:04 14.06.2021
Şou
1037
Əməkdar artist Nigar Şabanovanın XTQ giziri olan nişanlısından ayrılması ilə bağlı xəbərlər yayılıb. Bu barədə “MTV Azərbaycan” telekanalı süjet hazırlayıb. Onların xasiyyətlərinin uyğunlaşmadığı üçün ayrıldıqları söylənilib. Lakin sənətçi sözügedən xəbəri təkzib edib .
N.Şabanova “Sherg.az”a mövzu haqda bunları söyləyib:
““MTV Azərbaycan” yenidən paylaşım etdi. Əvvəlki videonu sildirdim. Mən özüm açıqlama vermədiyim halda, kimsənin ixtiyarı yoxdur ki, özəl həyatıma qarışsın. İnstaqramda şəkilləri silmək nişanın qayıtması demək deyil. Sadəcə nişanlımla qərarlaşdırdıq, sonra sildim. Göz, nəfs arada boş-boş söhbətlər yaradırdı. Hələ "həri"mizdən fotoları paylaşmışdım. Böyük nişanımız, nikahımız olanda fotolarımızı, videolarımızı paylaşarıq. Bu, bizim şəxsi işimizdir. Foto silinibsə, hansısa sayt və telekanal xəbər hazırlamaq istəyirsə, öncə məndən soruşmalıdırlar ki, nə məsələdir? Şəxsi səhifəmdir. Nəyi paylaşıb, siləcəyimi özüm bilərəm. Amma “nişanı qaytardı” deyə xəbər hazırlayıblar. Sosial şəbəkə istifadəçiləri də haqqımda xoşagəlməz şərhlər yazıblar. Niyə insanlarda müğənnilərə, mənə qarşı nifrət oyadırlar?
Mənə rəfiqələrim göndərdilər. Dedilər ki, buna bax, gör, nə paylaşıblar. Sonra həmin sayta yazdım ki, xəbərin doğruluğuna əminsiniz? Yəni sübut edin ki nişanı qaytarmışam. Onlar da dedilər ki, biz MTV-dən götürmüşük. Zəng etdim telekanala, söylədim ki, foto silmək münasibətin bitməyi deməkdir?! Şəkili qeyd etdiyim səbəb görə silmişəm. Media nümayəndələri mənimlə əlaqə yarada bilərdilər. Həm də nəsə olsa, səhifəmdə açıqlayaram”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol
Ermənistanda gerbdən xaçı silib, yerinə, görün, nə qoydular...
15:44 27.05.2026
Dünya
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
15:32 27.05.2026
Dünya
Kiriakos Mitsotakis İlham Əliyevi təbrik edib
14:47 27.05.2026
Rəsmi