Nisə Qasımova: "Sənət insanından dost olmaz"
15:04 10.12.2019
Şou
538
Eyni sahənin insanlarından dost olmaz. Bu, müğənnilərə də aiddir. Oxu.Az xəbər verir ki, bunu Xalq artisti Nisə Qasımova “Ulduzlu yayım” proqramında deyib.
“Hazırda sosial şəbəkələrdə nifrət dolu və ifrat hərəkətlər baş alıb gedir. Hansısa müğənnidən yaxşı nəsə eşitmək üçün ümid edirsən. Amma öz həyat yoldaşın kimi hesab etdiyi insanın ifrat dərəcədə təqdim etdiyini görürsən. İnanın ki, bunların hamısı məni bezdirir. Öz şəxsi səhifəmə belə baxa bilmirəm.
Eyni sahənin insanlarından dost olmaz. Çünki bir müğənnini özünə dost biləndə yanılırsan. İnsanların çoxu şöhrətpərəst olub mal-dövlət sahibi olmaq istəyirlər. Bu cür şeylər insana təsir edir. Tanınmışlarla dostluq etməkdən qaçıram. Çünki mənimki onlarla tutmaz. O şəxslərlə dostluğum alınmır. Amma sağlam münasibətlərim var. Kiməsə sözdə və ya maddi baxımdan kömək lazım olsa, gözüm üstdə edərəm. Ağlıma gəlmir ki, Nisə Qasımova olaraq nə vaxtsa özüm və ya şöhrət üçün yaşayım. Hər kəs yaxşı bilir ki, arxamda dayana biləcək insanın paltarını geyinib, ev və ya maşın aldıra bilərdim. Həmçinin, istədiyim şöhrəti də qazanardım. Ancaq sonda üzərimdə xeyli damğa olacaqdı. O zaman ailəmin üzünə necə baxacaqdım? Həyatda səhvsiz insan yoxdur. İstəyirəm ki, gənclər bu səhvləri etməsin”, - deyə Nisə Qasımova bildirib.
Xalq artisti səhnədən getməyəcəyini də açıqlayıb:
“İnsan yaşa dolduqca daha kövrək olub həyatı yaxşı dərk edir. O zaman yaxşı insanları axtarırsan. Sənətdən də getmirəm. Həssaslığım ilə bağlı olaraq uzun müddət depressiya yaşadım. Artıq depressiyadan çıxmışam. Sevincliyəm ki, bunu bacara bildim. Səbəblərini isə nə vaxtsa açıqlayacam.
Allahın nəzərində layiq olduğum yerdəyəm. Öz mövqeyimdən və olduğum yerdən razıyam. Evim, maşınım, maaşım və ağlım var. Mənə bundan artıq nə lazımdır?
Ümumiyyətlə, bu sənətdə özündən razı olanlar maddi baxımdan irəli düşüblər. Mənəm-mənəmlik onlara böyük maddi imkanlar açır. Amma o cür şeylərin dalınca qaçmamışam”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm
Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub
17:21 01.09.2026
Gündəm
“Putini öldürmək mümkün deyil” - Kəşfiyyatçı səbəbini açıqladı
17:02 01.09.2026
Dünya
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm
Baş Qərargah: Rusiya son üç ayda 124 mindən çox hərbçi itirib
16:42 01.09.2026
Dünya