Nura Suri: "Müğənnilər əməliyyatdan sonra “inqubator toyuqları”na bənzəyirlər"
08:22 14.12.2019
Şou
764
Bütün dünyada elə bir tendensiya yaranıb ki, qadınlar plastik və estetik əməliyyatlardan sonra başlayıblar bir-birinə bənzəməyə. Təbii gözəllik qalmayıb artıq. Bu sözləri Oxu.Az-ın əməkdaşı ilə söhbətində cazibədar müğənni Nura Suri deyib.
O, son günlər bir çox ifaçıların plastik və estetik əməliyyat yolu ilə bir-birinə bənzəməsinə etirazını bildirib:
“Şəxsən mənim bir imicim var. Saçımın rəngindən tutmuş, geyimimə kimi dəyişməyərək qalır. Düşünürəm ki, insan özü olaraq qalmalıdır. Müğənnilərdən söhbət gedirsə, onun mahnılarında, saç düzümündə, geyimlərində və s.
Zeynəb Xanlarova, Alla Puqaçova, Maykl Cekson, Tina Ternor, Ajda Pekkan kimi məşhurlara diqqət yetirsək, görərik ki, hər birinin özünəməxsus imici var. Onlara baxıb bir çox şeyləri öyrənmək olar. Amma günü-gündən xanımların bir-birinə “inqubator toyuqları” kimi bənzəməsi kənardan heç də yaxşı görünmür. Səhnədə olan insanlar seçilməyi bacarmalıdırlar”.
Sənətçi həmkarı Günay İbrahimlinin “Bir çox müğənnilərin bədən nahiyələri “kuvşin”ə bənzəyir” sözlərinə qəhmər çıxaraq, sözügedən məsələyə bu cür nöqtə qoydu:
“Əgər kimsə artıq çəkilidirsə, arıqlamaq istəyirsə, burnunu balacalaşdırırsa, burada ayıb və rişxənd ediləcək bir şey yoxdur. Kimsə yaşa dolduqca gözəl görünmək istəyirsə, burada qınanılacaq bir şey yoxdur. Günayın sözündə həqiqət var, bir çox xanımların bədənləri plastik əməliyyatdan sonra “kuvşin”ə bənzəyir.
Ümumiyyətlə, hazırda şəhərə çıxanda üç nəfərdən birinin bir-birinə bənzədiyini görürük. Burun, dodaq, diş, qaş, göz, kiprik hamıda eynidir. Çoxları da əməliyyata uzanıb bellərini incəldib, ombalarını böyüdürlər. Səhnə gözəlliyi sevir, gözəlləşmək üçün etmək olar. Amma “inqubator toyuqları” kimi bir-birinə bənzəməyin əleyhinəyəm. Düşünürəm ki, individuallıq vacib məsələlərdən biridir”.
Qeyd edək ki, yerli şou-biznesin bir sıra məşhur nümayəndələri bədən şəkilləndirici əməliyyatlarla artıq çəkidən azad olub, bədən üzvlərini daha da cəlbedici etdiriblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm
Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub
17:21 01.09.2026
Gündəm
“Putini öldürmək mümkün deyil” - Kəşfiyyatçı səbəbini açıqladı
17:02 01.09.2026
Dünya
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm
Baş Qərargah: Rusiya son üç ayda 124 mindən çox hərbçi itirib
16:42 01.09.2026
Dünya