Rəqsanədən Ülviyyəyə ismarıc: "Ehtiyatlı ol, son cinayət əməlim sən ola bilərsən"
05:57 05.12.2019
Şou
621
Bəziləri yenə alovlanıb. Deyəcəkdim, ərə get, sakitləş, amma onunla əlaqəli deyil artıq. Oxu.Az xəbər verir ki, bu sözləri müğənni Rəqsanə İsmayılova jurnalist Ülviyyə Alovlunun redaksiyamızın əməkdaşı ilə söhbətində onun və ifaçı qızı Aysun İsmayılova barədə səsləndirdiyi qalmaqallı fikirlərə münasibət bildirərkən söyləyib:
“Biriləri uzun illərdir mətbuatda yoxdur, fəaliyyəti sıfır, bilmir özünü necə gündəmə gətirsin. Yaddan çıxmısan, bilirəm. Amma mən sehrbaz deyiləm, səni heç mən də gündəmə gətirə bilmərəm.
Vaxtında səni alan olsaydı, Aysun boyda qızın vardı. Özünü övladımla reklam edirsən. Azərbaycanda o qədər peşəkar, savadlı media nümayəndələrimiz var ki, şükür Allaha, ehtiyacımız olanda işimizi həvalə edə bilirik. Mən əziyyətlə pul qazanıram, amma kimlərsə havayı pul almaq istəyirdi”.
Sənətçi daha sonra Alovlunun “Rəqsanədən fərqli olaraq, şəxsən mən Cennifer Lopezin villasında olmamışam. Rəqsanə CeyLonun evi kimi necə ev tikdirə bilər? CeyLonun evinin qiymətini heç bilirsiniz? Sənətlə müqayisə etsinlər özlərini. Adama deyən lazımdır ki, CeyLonun villasından tikdirirsənsə, bütün Bakı arxanca niyə borca görə ağlayır? Niyə axtarırlar səni?” sözlərinə sərt şəkildə reaksiya bildirib:
“Cenniferin evində olmağa nə lüzum var, başın çıxmayan internet dünyasında yaşayırıq. Xaricdəki jurnalistlər sənin kimi yatmayıb. Dünyaca məşhur birinin evinin dizaynını öyrənmək sən düşündüyündən daha asandır. Bir də ki, mənə cinayətkar deyirsən, ehtiyatlı ol, son cinayət əməlim sən ola bilərsən”.
Qeyd edək ki, jurnalist Ülviyyə Alovlu Oxu.Az-a verdiyi müsahibəsində müğənni Rəqsanə İsmayılovanın ünvanına kəskin ittihamlar səsləndirib. “Rəqsanə İsmayılova sizə borcunu qaytardı?” sualına “Heç ondan pul istəyən də yoxdur. Rəqsanə həyatda heç var ki? Qaçıb, Moskvadadır. Neçə cinayət işi var. Arxasında o qədər cinayəti olan insan Bakıda qala bilməzdi. Dələduzluq edə-edə, ona-buna ata-ata villa tikdirməyə nə var ki? Burada təəccüblənəsi nə var ki?”, - deyərək yenidən ocağı alovlandırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm
Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub
17:21 01.09.2026
Gündəm
“Putini öldürmək mümkün deyil” - Kəşfiyyatçı səbəbini açıqladı
17:02 01.09.2026
Dünya
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm