Röya Ayxan: "Hüseyn mənimlə ingilis dilində mahnı oxumaq istəyir"
07:43 23.12.2019
Şou
2810
Oğlum mənimlə ingilis dilində mahnı oxumaq istəyir. Bunu Oxu.Az-a açıqlamasında Xalq artisti Röya Ayxan deyib.
“Zima-2019” Beynəlxalq Uşaq Festivalında iştirak etməyimin səbəbi həm dostlarımın uşaqlarının orada iştirak etməsi, həm də Hüseynin musiqini sevməsidir. Neçə gündür ingilis dilində musiqi seçir. Mahnını gətirib deyir ki, gəl, oxuyaq. Deyirəm, indiyə kimi ingilis dilində oxumamışam, bundan sonra sənə görə oxuyum?
Ona başa salıram ki, ana-bala olsaq da, bəzən bir-birimizi başa düşmürük. Onun düşüncəsi ingilislərə daha çox uyğundur. Çünki Hüseyn iki yaşından ingilisdilli məktəbdə oxuyur. İnanın ki, altı aylığından ingilis dilində cizgi filmlərinə baxırdı. İndi ona mahnını hiss etməsəm, oxuya bilməyəcəyimi başa salıram. Mən rus dilini başa düşməsəm də, mahnıları oxuyanda ağlayıram. Nə vaxtsa bir ingilis də Röyaya görə ağlayar”, - deyə Xalq artisti bildirib.
Barışıqlardan söhbət açan Röya Ayxan qeyd edib ki, onunla eyni dövrdə səhnəyə gəlmiş həmkarları ilə heç vaxt mübarizə aparmayacaq:
“Artıq il bitir. Barışıqlar da olur. Mənim üçün də çox gözəl il başladı. Özüm-özümə deyirəm ki, xeyli çətinliklərdən keçdiyim üçün hər kəsə ilk addımı mən atmalıyam.
Allah məni o qədər ucaldıb ki, cılız, lazımsız və ucuz söhbətlərə baxmağa haqqım belə yoxdur. Buna ürəyim də icazə vermir. Qadın həmkarlarımla küsülü olmaq istəmirəm. Amma prinsiplər olduğu zaman sakit deyiləm. Ortada səmimiyyət yoxdursa, dost da ola bilmirəm.
Mənimlə eyni nəsildə doğulanlara, eyni düşünənlərə heç vaxt pis mübarizə aparmaram. Bu sənətdə olan qadın dostlarıma daha böyük hörmətim olacaq. Mən nə qədər böyüyürəmsə, o qədər də kiçilirəm.
Kiçikliyimi yerindəcə bildirən biriyəm. Ona görə də hamını təbrik edib, uğurlar və sədaqət arzulayıram. Başqa şeylər boşdur. Bir zamanlar mənim qarşımda qılınc oynadanların indi heç biri yoxdur”.
Xalq artisti makiyajdan bezdiyi üçün saçlarını əvvəlki formasına qaytardığını əlavə edib:
“Bu saçlarla çox rahatam. Çünki bu saçlar az makiyaj tələb edir. Mənə daha çox buruq və ya qısa saç yaraşır. Uzun saçları gözəllik və çəkiliş üçün edirdim. Heç kim məni aylarla uzun saçda görməyib.
Ümumiyyətlə, hamı mənim obraz insanı olmadığımı bilir. Mən dəli və əsəbi biriyəm. Hətta kinoya çəkilməyimi belə istəyirlər. Amma mən bunu edə bilmərəm. Çünki əhvalım olmadığı zaman zəng vurub istəmədiyimi deyəcəm. Həmçinin, evdə belə bir şey olduğu zaman çəkilişə getməyəcəm. Gedilmədiyi zaman da cəriməni ödəmək lazımdır. Ona görə də elə şeylərə getmirəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm
Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub
17:21 01.09.2026
Gündəm
“Putini öldürmək mümkün deyil” - Kəşfiyyatçı səbəbini açıqladı
17:02 01.09.2026
Dünya
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm
Baş Qərargah: Rusiya son üç ayda 124 mindən çox hərbçi itirib
16:42 01.09.2026
Dünya