"Saatlarla həbsxana qapısında gözləyirdim" - Sevda Ələkbərzadə
15:35 22.09.2019
Şou
647
"Gözümü açıb yüksək səviyyəli insanlar görmüşəm. Maddi çətin günlərimiz az olmayıb. Atama böhtan atıb, həbs etdilər. Sonra onu azadlığa buraxdılar. Yenə də maddi çətinlik yaşadıq. Gecələri yatmırdım".
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Sevda Ələkbərzadə Murad Arifin "Popumuz var" "Youtube" layihəsində deyib. Müğənni yazıçı atası Çingiz Ələkbərzadənin həbsindən danışıb:
"Anam o qədər ağlayırdı ki... Atamın yanına gedirdik, həbsxanada görüşürdük. Saatlarla həbsxana qapısında gözləyirdim. Həbsxana atamın yeri deyildi. Həmin hadisə onu sındırdı. Azad adam idi. AzTV-də ştatda işləmirdi ki, azad olmalıyam.
Şər atdılar, 2 il məhrum oldu azadlıqdan. İndi atam və anamdan qalan hər şeyi saxlayıram. Onlardan ayrıla bilmirəm.
İnsan anadan yetim qalır. Valideynləri itirəndə böyüyürsən... Onları hər an yanımda hiss edirəm. Düşünürəm ki, ölüm yoxdur, sadəcə, başqa dünyaya keçid var. Ölüm olsaydı, hər şey maraqsız olardı".
Maddi durumundan danışan Sevda aparıcının "Elə görünüşün var ki, sanki İsveç banklarında hesabın var" sözlərinə "Nə İsveç, heç Bakıda bankda pulum yoxdur. Heç bankada da pulum yoxdur" cavabını verib.
Ələkbərzadə verilişlərə getməməsinin səbəbini açıqlayıb:
"Yaxşı verilişlər azdır. İntelekti olan aparıcılar olsa, çıxacam efirə. Qonaqla bağlı məlumatın, musiqidən anlayışın yoxdursa, niyə mən verilişinə gəlim? Hamı məni verilişə dəvət edirlər. Sonra məndən küsüb, pisləyənlər də var. Verilişinə getmədiyim üçün baxıram məni pisləyirlər. Kimsə özünə şou düzəldib, reytinq edəcək, mən niyə gedim?".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət