Şakiranın bilinməyən həqiqətləri...
Yusif Nəzərli
05:20 22.12.2021
Şou
546
Spirtli içki, qəhvə və siqaretdən uzaqdır
Müğənni rəqsləri ana nənəsindən öyrəndiyini deyib
Səsi, füsunkarlığı, cazibəli rəqsləri ilə milyonların sevimlisi olan, dünya şöhrətli Şakira haqqında bilinməyən həqiqətləri öyrənəcəksiniz. “Şərq” “Milliyet.com”a istinadən Livan əsilli kolumbiyalı müğənni Şakiranın gizli qalmış şəxsi həyatı barədə gizlinləri açıqlayır. Şakiranın əsl adı çox uzundur – Şakira İsabel Mebarak Ripoll. Dünya isə onu qısa adıyla - Şakira olaraq tanıyır. Yaxınları, ailəsi isə lap qısaca – Şaki, çağırır. Şakiranın tam doğma bacı-qardaşı yoxdur.
8 bacı-qardaşının anası Şakiranın atasının birinci evliliyindəndir. Adları Ana, Lucsi, Patricia, Alberto, Moises, Tonino və Robin. Tonino Şakiranın həm də meneceridir. Şakira uşaqlıqdan çox hərəkətli və ağıllı olub. 4 yaşında olarkən ilk şeirini yazıb.
Şeirin adı “Kristal gül” olan bu şeir Şakira müğənniliyə başladıqda mahnıya dönüb. Maraqlı və qəribə görünən faktlardan biri budur ki, Şakira 2-ci sinifdə təhsil alarkən musiqi müəllimi onu məktəb xoruna qəbul etməyib, deyib ki, “səsin keçinin səsinə oxşayır”.
Böyüdükcə Kolumbiyada getdikcə tanınan müğənni oldu, 13 yaşında “Sony” şirkəti onunla musiqi albomu ilə bağlı müqavilə imzaladı. Bunu bilən musiqi müəlliminin istefa verib-vermədiyini bilmək də maraqlı olardı.
Bəlkə də Şakiranın səsi xora uyğun gəlməyib. O, dünya səhnəsini təkbaşına fəth edəcəkmiş! Şakira 5 xarici dil bilir: portuqal, ispan, italyan, ingilis və ərəb dillərini. Şakiranın musiqi həyatında yolları məşhur Rikki Martinlə də kəsişib. 1993-cü ildə bir müsabiqəyə qatılan Şakiranı o zaman münsiflər heyətində təmsil olunan Rikki Martin bəyənib. Şakira həm də cazibədar göbək rəqslərinin mahir ifaçısı kimi tanınır. Müğənni bu rəqsləri ana nənəsindən öyrəndiyini deyib. Genində varmış demək ki. Şakira 2007-ci ildə başqa bir məşhur ifaçı Beyonsla işbirliyi gerçəkləşdirib. İki məşhur ifaçının “Beautiful Liar” mahnısı dillər əzbəri olub.
Şakira “metallica” stilində mahnılar ifa etməyi də sevir. Amma heyrətləndirən xəbər budur ki, Şakira məşhur yazıçı, Nobel mükafatçısı Qabriel Qarsia Markesin təklifini rədd edərək “Xolera günlərində eşq” romanındakı Love xarakterinə film həyatı verməkdən, bu rolun ifaçısı olmaqdan imtina edib.
Filmdə Love obrazı bəzi səhnələrdə çılpaq görünməliymiş. Şakira məhz buna görə roldan imtina edib və belə deyib: “Senari, xarakter, rejissor – hər kəs və hər şey mənim təhlükəsizliyimin qorunmasına hesablanmalıdır. Xalqa qarşı bir məsuliyyətim var.
Uğursuz ola biləcək bir işə əsla baş qoşmaram”. Şakira Oskar mükafatçısı, Hollivud məşhuru, rejissor Stiven Spilberqin 1998-ci ildə “Zorro” filmində çəkilmək təklifini də rədd edib. Şakiranın rədd etdiyi təklifi Ketrin Zeta Cons sevə-sevə qəbul edib.
Şakiranın şəxsi həyatı da maraqlıdır. İfaçı argentinalı vəkillə 11 il sevgi münasibətləri yaşayıb. Lakin ayrılıblar. Hazırda isə Şakira klip çəkilişləri zamanı tanış olduğu ispaniyalı futbolçu Gerard Pique ilə birlikdədir.
Hər iki sevgilisinin doğum tarixi 2 fevraldır. Şakira 1997-ci ildə Kolumbiyada yoxsul uşaqların təhsil aldığı bir məktəb üçün yardım dərnəyi qurub.
Şakira “müğənni olmasaydım, psixiatr, ya da astromon olardım” deyib. Rəsm çəkməyi sevir. Yumurta boyamaqdan zövq alır. Spirtli içki, qəhvə və siqaretdən uzaqdır. Bədənində bir dənə də tatuaj yoxdur. Örnək aldığı sənətkar Latın Amerikasının əfsanəvi ismi Qloriya Estefandır.
Sevdiyi rənglər – qara və ağ. Ərəbistan mətbəxini, şirniyyat və şokoladı çox sevir. Qolf, tennis, basketbol oynamağı və üzməyi də sevir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Krasnodar hava limanı bağlandı
01:53 30.08.2026
Dünya
Kiyevdə hava hücumundan sonra anbarlarda yanğın baş verib
01:20 30.08.2026
Dünya
Bu gün Türkiyədə Zəfər Bayramıdır
01:18 30.08.2026
Dünya
Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı - FOTO
01:11 30.08.2026
İqtisadiyyat
Könül Kərimovanın qızı boşanıb
00:31 30.08.2026
Şou
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
00:12 30.08.2026
Hadisə
"Manset.az" redaksiyasının ofisi yandı
00:08 30.08.2026
Hadisə
Dambrauskas "Sabah"ın rəqiblərindən danışdı - Video
00:00 30.08.2026
Futbol
Cem Yılmaz xəstəxanaya yerləşdirildi
23:07 29.08.2026
Mədəniyyət
İranda daha 28 nəfər edam edildi
22:44 29.08.2026
Region
Qrossi: Zaporojye AES-in tam sönməsinə 10 gün qaldı
22:29 29.08.2026
Dünya
Norveçin yeni kralı Haakon ilk dəfə çıxış edəcək
21:45 29.08.2026
Dünya
Bloomberg: Respublikaçılar Konqresdə çoxluğu itirə bilərlər
21:17 29.08.2026
Dünya
Tramp CNN telekanalını kəskin tənqid edib
20:42 29.08.2026
Gündəm
Moskvadan İrəvana sərt cavab: Bu, manipulyasiyadır
20:33 29.08.2026
Dünya
Yuxudan duran kimi su içmək təhlükəlidir - Həkimdən XƏBƏRDARLIQ
20:23 29.08.2026
Sağlamlıq