“Space”in efirində dava: Mehriban Xanlarova canlı yayımı tərk etdi
14:31 03.12.2019
Şou
568
“Space TV”də yayımlanan “10-da başladıq” səhər şousunda qonaq olan Əməkdar artist Mehriban Xanlarova verilişi qalmaqallı şəkildə tərk edib.
Oxu.Az xəbər verir ki, M. Xanlarovanın proqramın aparıcısı Kamran Həsənli ilə sözləri çəp düşüb.
Kamranın Mehribana ünvanladığı “Son zamanlar teatrlarda təhsilsizlik problemləri hiss olunur. Məşhur əsərlər səhnəyə qoymursunuz” sözlərindən qəzəblənən Xanlarova əsəblərinə hakim kəsilə bilməyib. O, canlı efirdə Kamranla söz savaşına çıxıb:
“Sizi səhərdən dinləyirəm. Kamranla mübahisə edib, efiri tərk edəcəyəm. Çünki istəyirəm danışmayım, deməyim, o da mümkün deyil. Özümü saxlaya bilmirəm. Özümdən danışacam, çünki başqasından misal gətirəndə... Daşım ağırdır... İstər Moskvada, istər Türkiyədə oxuyum, əgər içimdə, qabımda istedad yoxdursa, itələ, güclə oxutdur, savad ver, olmayacaq.
Siz (Kamran Həsəni - red.) hər zaman kiməsə savadsız, təhsilin yoxdur deyirsiniz. Amma bu belə deyil. İbrahim Tatlısəs, Ebru Gündeş, Bülent Ersoy guya not bilir? Fikir vermişəm, verilişinizə gələnlərə danışmağa imkan vermirsiniz. Sənətkar oxumalıdır, amma qabında olmalıdır. Çalışıram sakit olum, amma sakit ola bilmirəm. İstəmirəm Kamranla aramızda olan pərdə götürülsün”.
Bu çıxışdan sonra Əməkdar artist Mehriban Xanlarova əsəbi vəziyyətdə canlı efiri tərk edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm
Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub
17:21 01.09.2026
Gündəm
“Putini öldürmək mümkün deyil” - Kəşfiyyatçı səbəbini açıqladı
17:02 01.09.2026
Dünya
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm