Xalq artisti xəstəliyini Türkiyədə bildi - VİDEO
14:21 03.10.2019
Şou
579
Müalicə olunması üçün Türkiyəyə yollanan Xalq artisti Naibə Allahverdiyeva Azərbaycana qayıdıb. Lent.az -ın məlumatına görə, tanınmış aktrisa “Elgizlə izlə” verilişində bildirib ki, hazırda səhhəti normaldır:
“Çox zəifəm. Özümü həddindən artıq zəif hiss edirəm. Türkiyədə həkimlər dedilər ki, 6 aydan sonra yenidən müayinə olunmaq üçün İstanbula qayıtmalıyam. Xəstəliyimin səbəbini soruşdum, dedilər ki, beynində ocaqlar yaranıb, damarlar beynimdə daralır. Dedi ki, yaşadığın stresslərə görə belə olub. Ona görə də bütün insanlara demək istəyirəm ki, özlərini qorusunlar”.
Qeyd edək ki, N.Allahverdiyeva bundan öncə Lent.az -a açıqlamasında bu sözləri demişdi:
“Azərbaycanda bir çox həkimlərə müraciət elədim. Hərəsi bir xəstəliyin adını çəkdi. Tomoqrafiya etdirdim, yenə də başları çıxmadı. Bilirsiniz, nə qədər pulum çıxdı? Dərmanlara və müayinələrə verdiyim pulları saysam, şoka düşərsiniz. Azərbaycanda olan həkimlər məni qorxutdu. Konkret hansı xəstəlikdən əziyyət çəkdiyimi demədilər. Əvəzində 2 dəfə ölümlə üz-üzə qaldım. Bir həkim sistem vurdu, elə sistemin altında ölürdüm. Güclə ayıldım, Bunu mətbuata açıqladım. Amma sonra yenidən başqa həkimə getdim. O, dərman yazdı, dərmanı içəndən sonra rəsmən ölürdüm. Allaha çox şükür ki, sağ qaldım.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət