Xalq artistinin nikahdankənar azərbaycanlı övladı üzə çıxdı - FOTOLAR
08:30 15.10.2019
Şou
689
Rusiyada yaşayan azərbaycanlı Timur Əkbərov iddia edir ki, atası məşhur gürcü balet artisti Nikolay Tsiskaridzedir. Gənc azərbaycanlı aktyor ulduz atası ilə görüşmək istəyir və məşhur balet ustası ilə qohumluğunu təsdiqləmək üçün DNT testindən keçməyə hazırdır.
“Nemalaxov”un yaydığı məlumata görə, Timur Əkbərov gürcü artistin oğlu olduğunu deyir.
“Niyə məni tərk etdin, niyə? Görüşəndə ən vacib sualıma cavabı sizdən eşitmək istəyirəm! Ağlayıram, daha belə yaşamaq istəmirəm!”, - 19 yaşlı Timur öz “Instagram” səhifəsində yazıb.
Gənc Tsiskaridze ilə qohumluğunu sübut etmək niyyətindədir.
“Çox yaxşı bilirsiniz ki, sizin oğlunuz var. Bəli, sizə çox qəzəbiliyəm, amma bütün bunlara baxmayaraq, atam olduğunuza görə çox şadam”, - deyən Timur atasına müraciətlə deyib.
Gənc aktyor “Komsomolki” nəşrinin müxbirinə verdiyi müsahibəsində sirlərini açıb.
Gənc bildirib ki, kasıb azərbaycanlı ailəsində anadan olub. Anası varlı ailələrin övladlarına dayəlik edib, müxtəlif ev işləri görüb. Uşaqlıqdan valideyn sevgisinə möhtac qalıb. Anası ona soyuqqanlı davranıb, atası isə doğulduğundan xəbərsiz olub.
Anası ilə atasından bəhs edən Timur onların teatrda tanış olduqlarını bildirib.
Məşhur gürcü balet artisti Nikolay Tsiskaridze isə 45 yaşına qədər qeyri-qanuni övlad sahibi olacağını təsəvvürünə belə gətirməyib. Telefon əlaqəsi zamanı onun köməkçisi söylənilən fikirlərə gülüşlə reaksiya verib. Balet ulduzu isə danışmaqdan imtina edib.
Qeyd edək ki, Nikolay Tsikaridze balet rəqqası və müəllimdir. 1992-2013-cü illərdə Bolşoy Teatrının balet üzrə solisti olub. O, 2001-ci ildə Rusiya Federasiyasının Xalq artisti adına laiq görülüb. Eyni zamanda, 2013-cü ildən Şimali Osetiyanın Xalq rəssamıdır.
Üç dəfə “Qızıl Maska” teatr mükafatına layiq görülüb. 2011-ci ildən Rusiya Prezidentinin Mədəniyyət və İncəsənət Şurasının üzvü seçilib. Nikolay Tsiskaridze evli olmadığını və ailə həyatı qurmağa tələsmədiyini bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual