Su içə bilməməyin SƏBƏBLƏRİ
15:04 17.07.2023
Sağlamlıq
1095
Yayın gəlişi ilə temperatur da yüksəlir. İsti havalarda qidalanmamıza fikir verməməkdən savayı, ən böyük problemimiz susuzluqdur.
Bədənimizin çox hissəsi sudan ibarətdir. Bu nisbət insandan insana, yaşa, bədən quruluşuna, kişi və ya qadın olmasına görə, dəyişir. Kişilərdə bu nisbət təxminən %55-65, qadınlarda isə %50-60 arasındadır. Bədəndə su itkisi çox ciddi nəticələrə səbəb ola bilər.
"Sherg.az" su içməyə mane olan bir sıra səbəbləri açıqlayır:
Çay və qəhvə kimi çoxlu içkilər içmək - çoxlu çay və kofe içiriksə, özümüzə bir qayda qoymalıyıq. Hər içdiyimiz çay və ya qəhvədən sonra bir stəkan su qəbul etmədən ikinci çay və ya kofeyə keçmək olmaz.
Çoxlu qonaq qəbul etmək - qonağa su təklif etmək onu təhqir etmək kimi qəbul edilir. Ona görə də su istəyən qonaq belə çay və ya kofe içməyə məcbur qalır. Yaxşı olar ki, çay, qəhvəmizlə birlikdə özümüzə və ya qonağımıza bir stəkan su gətirək.
Həmçinin suya limon qataraq, darçın və ya ətirli bitki əlavə edib, dadını dəyişdirərək içməyə çalışırıq. Nəticədə suyun təbii dadını unuduruq.
Yemək zamanı su içməyin yanlış olduğuna inanmaq - yemək zamanı maye qəbul etmək istəyiriksə, suya üstünlük verməyə çalışaq. Beləliklə, yeməkdən daha çox dad və ləzzət ala bilərik.
Arıqlamaq üçün yeməkdən əvvəl ac qarına 2 stəkan su içməyə çalışmaq və suya qarşı yarana ikrah hissi - yeməkdən dərhal əvvəl acqarına su içməyək. Yemək zamanı da içmək olar.
Çoxlu meyvə yemək - meyvələrdə bol maye olduğuna görə, su içmək istəyimiz gizli şəkildə azala bilər.
Nəzərə almaq lazımdır ki, lazımından artıq su içməyə çalışmaq da bir müddət sonra maye istəyimizi azaldacaq. Hətta qarşısını alacaq. Bədənimiz su istəmirsə, 3 litr su içsək belə, heç bir faydasını görməyəcəyik.
Həmçinin də gün ərzində ən azı 2,5-3 litr su içməli olduğumuz deyilir. Çox düzgün ifadədir, amma su içmək istəmiriksə, ilk növbədə, səbəbləri aradan qaldırmalıyıq. Əks halda bu, sadəcə su içməyə nifrət hissi yaradır.
Mənbə: CNN Türk
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya