“Berliner Zeitung”: Makronun istefası yeganə çıxış yoludur
“Berliner Zeitung”: Makronun istefası yeganə çıxış yoludur
09:00 02.08.2024
Dünya
621
“Fransada hakimiyyətin seçkini uduzduğuna və hökumətin istefasına baxmayaraq, Makron ölkəni idarə etməkdə davam edir”.
APA-nın məlumatına görə, bu barədə yazı Almaniyanın “Berliner Zeitung” qəzetində dərc olunub.
Məqalə müəllifi E. Makronun Parisdəki Yay Olimpiadasının sonunadək hökuməti formalaşdırmayacağını bəyan etsə də, dəqiq tarixi açıqlamadığını, bununla da demokratik dəyərlərə zərbə vurduğunu qeyd edib. O, Emmanuel Makron üçün çıxış yolunu da göstərib:
“Prezident bütün demorkatik ənənələri ayaqlar altına alır, onlara zərbə vurur. Makron yaddan çıxarır ki, 2022-ci ildən sonra onun partiyası qanunverici orqanda çoxluğa yiyələnə bilməyib. Eyni zamanda Makron Mərakeşin Qərbi Saxara üzərində suverenliyinə dəstək ifadə etməklə, BMT-nin bu regiona muxtariyyət verilməsi haqqında 2007-ci ildə qəbul etdiyi qətnaməni pozur. Bir məsələni də qeyd etmək lazımdır ki, hazırda hökumətdə boş qalan vəzifələrə təyinatlar həyata keçirilməsi tamamilə qanunsuzdur. Çünki istefaya gedən hökumətdə kimsə vəzifəyə təyin oluna bilməz. Buna görə də Makronun istefası yaranmış vəziyyətdən yeganə xilas variantıdır”.
Konstitusiya hüququ üzrə ekspert Aleksandr Qiq deyir ki, sentyabradək dövlət büdcəsinin layihəsi sentyabradək qəbul olunmasa Parlament hökumətə etimadsızlıqla bağlı qərar verəcək:
“Əvvəlcə seçki təyin edib sonradan isə hər şeyi olduğu kimi saxlamaq istəyən prezident üçün demokratik dəyərlərin heç bir önəmi yoxdur. Bu məsələdə ən optimal çıxış yolu Emmanuel Makronun istefası və növbədənkənar seçkinin təyin edilməsi ola bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya xəbərdarlıq etdi: Onlar məhv ediləcək!
21:24 17.11.2026
Aktual
Salyanda avtomobil 89 yaşlı piyadanı vuraraq öldürüb
21:12 17.11.2026
Hadisə
Britaniya Ukraynaya mindən çox raket verəcək
21:00 17.11.2026
Dünya
Parisdə keçirilən mitinqdə 28 min insan iştirak edib
20:37 17.11.2026
Dünya
Mark Rutte: Kırım körpüsünə hücumun uğurlu olduğu görünür
20:18 17.11.2026
Gündəm
Co Bayden: 2008-ci ildə Ukraynaya verilən vəd vaxtından əvvəl idi
20:10 17.11.2026
Gündəm
Bakıda ögey qardaşı 23 yaşlı qadını bıçaqlayaraq öldürüb
19:48 17.11.2026
Hadisə
Baxçalıdan sosial mediaya məhdudiyyət çağırışı: “Artıq vaxtıdır”
19:41 17.11.2026
Gündəm
İranın Qeşm adasında partlayışlar baş verib
19:12 17.11.2026
Aktual
Məşhur şadlıq saraylarında nöqsanlar: Mal əti əvəzinə...
19:01 17.11.2026
Sosial
Sumqayıtda "Embawood"un anbarında ölüm hadisəsi olub
18:55 17.11.2026
Hadisə