Əsilzadə şəcərələrinin tədqiqində mühüm elmi yenilik
08:28 19.11.2024
Tarix
2157
Vətəndaş bərabərliyinin elanına (1920) qədər Azərbaycan türklərinin əsilzadə zümrəsini təşkil edən soyların şəcərə məsələsi bu vaxta qədər öz həllini gözləyən ciddi etnoloji problemlərdən biri olaraq qalırdı. Nəhayət, bu boşluq xeyli dərəcədə doldurulmuş hesab oluna bilər. Belə ki, A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru İsmayıl Umudlunun Tiflis, Yelizavetpol və İrəvan quberniyalarının materialları əsasında yazdığı “Azərbaycanın əsilzadə şəcərələri” monoqrafiyası ilə bu məsələyə həm elmi-nəzəri, həm də praktik baxımdan aydınlıq gətirilir.
İnstitutdan bildirildiyinə görə, əsilzadəlik və şəcərə ənənəsinə, şəcərələrin tədqiqinin etnoloji aspektinə diqqət yetirilən bu tədqiqat işində Yelizavetpol (Gəncə) quberniyası Qazax qəzası üzrə 24 ağalıq/bəylik, Tiflis quberniyası Borçalı və Tiflis qəzaları üzrə daha 41 ağalıq/bəylik soyunun və Tiflisdə yaşamış tatar əsilzadə Terequlovların şəcərələrinə aydınlıq gətirilir. Bu sıradan Qazax əyalət xanlarının naməlum şəcərəsi xeyli dərəcədə bərpa edilmişdir. Eləcə də, Qafqazın o zamankı inzibati mərkəzi olan Tiflisdə yaşamış Terequlovlar İdel-Ural tatar soyunun Azərbaycanın maarif və mədəniyyətinə töhfələrindən və onların şəcərələrindən bəhs edilir.
Mövzu çərçivəsində İrəvan quberniyası türk-müsəlman ağalıq/bəylik soyları şəcərələrinin öyrənilmə probleminə də toxunulur, Naxçıvan qəzası Yaycı kəndində yaşamış, bu bölgədə bir sıra kəndləri idarə etmiş sultanların şəcərəsi təqdim edilir. Əsərdə Qazax və Ağstafa rayonlarının XVIII-XIX yüzilləri əhatə edən zəngin epiqrafikası ilk dəfə tədqiqata cəlb olunub.
Burada bir sıra əsilzadə soyların şəcərələri sıfırdan başlanaraq bərpa olunmuş, digərlərinin ilkin variantı inkişaf etdirilmiş, dəqiqləşdirilmişdir. Xronoloji çərçivə 300-500 il arasında dəyişir.
Aldığımız məlumata görə, institutun direktoru, tarix elmləri direktoru, professor Kərim Şükürov dəfələrlə öz çıxışlarında etnoloqların diqqətini bu istiqamətə yönəltmiş, bu zümrənin tarixinin öyrənilməsinin Azərbaycan üçün prioritet məsələlərdən olduğunu göstərmişdir. Çünki dünya təcrübəsində yazılı şəcərəçilik tarixən daha çox hakim sülalələr və əsilzadə soylar (nəsillər), yəni dövlətçilik tarixi və ənənəsi ilə bağlı praktika kimi görülür. Bu baxımdan Azərbaycanda əsilzadə iyerarxiyasının, əsilzadə soylar nomenklaturasının formalaşması və onların şəcərələri prioritet ətnoloji məsələ kimi qarşıya çıxır. Bu kontekstdə 1920-ci ilə qədərki Cənubi Qafqaz quberniyaları və qəzaları üzrə əsilzadə soylar və onların şəcərə problemi bir-biri ilə sıx bağlı olan elmi məsələ kimi qoyulmuş və şərhi verilmişdir.
Bəlli olur ki, türk xalqlarında əsilzadəlik və şəcərə məsələsinın tarixi zümrələrə və mənsəblərə ilk dəfə ad vermiş Oğuz xaqan (e.ö. 209-174) ilə başlanır. Bu məsələyə Mirzə Kazım Bəy vaxtilə diqqət yetirmiş, onu qanunların ilk təsisçisi, nizami hərbi qüvvələrin yaradıcısı olmaqla bərabər, həm də “öz İmperiyasında müxtəlif zümrələrə və mənsəblərə ad vermişbir xaqan kimi xarakterizə etmişdir”. Bu məqamı Fəzlullah Rəşidəddin də qeyd edir. “Xaqan”, “yabğu”, “şad”, “xan”, “xanlar xanı”, “ulu bəy”, “bəy”, “bəylərbəyi”, “ağa”, “tarxan”, “darğa” kimi mənsəb adları ilk orta əsrlərdən bəri ümumtürk tarixini müşayiət edir. Eləcə də bu adlar onlarla bu və digər dərəcədə təmasda olan qonşu xalqlar tərəfindən Türklərdən iqtibas olunmuşdur. Bundan belə nəticəyə gəlirik ki, türklərdə, o cümlədən azərbaycanlılarda yuxarı təbəqə iyerarxiyasının formalaşmasının, deməli, onun ayrılmaz yol yoldaşı olan şəcərəçiliyin ən azından iki min illik tarixi vardır.
Azərbaycanda əsilzadəlik və mənsəblər sistemi Rusiya ilhaqından sonra əsaslı şəkildə təftiş olunmuş, Rusiyanın Qafqaz siyasəti məcrasında sistemləşdirilmiş, bu işin gedişində şəcərə atributu aktivləşdirilmişdir. Tiflis, Bakı, Şuşa və İrəvan bəy komissiyaları bu sahədə mühüm işlər görmüşdür. Bu tədqiqatın davamı olaraq 1920-ci ilə qədər Azərbaycan türklərində yuxarı zümrəni təşkil etmiş 250-yə qədər xanlıq, ağalıq/bəylik soylarının reyestrinin tərtibi üzərində iş aparılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Prokuror biznesmen sevgilisini şantaj edən qadına cəza istədi
13:47 14.07.2026
Hadisə
Konstitusiya Məhkəməsinin 28 illiyi münasibətilə tədbir keçirildi
13:25 14.07.2026
Gündəm
IV Şuşa Qlobal Media Forumu başa çatdı
13:17 14.07.2026
Media
Moldova Rusiya səfirini XİN-ə çağırdı
13:09 14.07.2026
Dünya
Yol polisi sürücülərə xəbərdarlıq etdi
12:50 14.07.2026
Cəmiyyət
Çempionlar Liqası: “Sabah” cavab matçına çıxır
12:45 14.07.2026
Futbol
Hikmət Hacıyev Şuşada D-8-in nümayəndə heyəti ilə görüşüb
12:40 14.07.2026
Siyasət
Əliyev və Pelleqrini işğal dövründə güllələnmiş büstlərə baxıblar
12:29 14.07.2026
Rəsmi
Milli Məclisin növbədənkənar sessiyası başa çatıb
12:23 14.07.2026
Siyasət
Kardioloq ürək sağlamlığını qorumağın 5 əsas yolunu açıqlayıb
12:17 14.07.2026
Sağlamlıq
Çox yüngül uçuş aparatlarının uçuş qaydaları müəyyənləşəcək
11:59 14.07.2026
İnfrastruktur
Elektron siqaretlərin mülki dövriyyəsi qadağan edilir
11:52 14.07.2026
Sosial
Tramp: İranı demək olar ki, Daş dövrünə qaytarmışıq
11:27 14.07.2026
Gündəm
Ölkədə Media və Yayım Şurası yaradıldı
11:20 14.07.2026
Media