
"Rusiya həqiqətən sovet idarəetmə sisteminə qayıdır" - Osman Gündüz
09:35 03.04.2022
Dünya
874
Rusiya radioelektronika, kompüter texnologiyaların inkişafı sahəsində vəziyyəti düzəltmək üçün gecə-gündüz baş sındırır.
"Sherg.az" xəbər verir ki, bu barədə “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gunduz deyib.

Ekspert bildirib ki, bu sektorla əlaqəli bütün xarici şirkətlər Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı ölkəni tərk edib:
"Rusiyanın bu sektoru yetərincə qlobal dünyaya inteqrasiya etdiyindən indi ehtiyat hissələrlə bağlı, sektorun inkişafı ilə bağlı çox ciddi problemlər yaranıb. Vəziyyətdən çıxış yolu üçün Rusiyanın İqtisadi İnkişaf Nazirliyi qeyri-adi metoda əl atıb. Qurum SSRİ Dövlət Plan Komitəsinin prinsipləri əsasında inkişaf modeli qurmaq üzərində düşünür. İqtisadi İnkişaf Nazirliyi bununla bağlı iki gün öncə əlaqəli dövlət qurumlarına və özəl sektora rəsmi məktub ünvanlayıb. Nazirlik maraqlı tərəflərdən xahiş edib ki, sektorda işin planlı təşkili ilə bağlı SSRİ Nazirlər Kabinetinin 1969-cu ildə qəbul edilən “Elektron Sənayesi Nazirliyinin əsasnaməsinin təsdiqi” haqqında sənəddəki prinsiplərə fikirlərini bildirsinlər".
Ekspert qeyd edib ki, bu sənəddə ölkə üzrə vahid texniki siyasətin müəyyən edilməsi, ixtisaslaşmanın və standartlaşmanın aparılması, vahid planlı təsərrüfatın qurulması, dövlət qurumları arasında planlamanın razılaşdırılması və s. ilə bağlı metodologiyalar öz əksini tapıb:
"Hazırda dövlət qurumları və özəl sektor Nazirliyin bu təkliflərini öyrənirlər.
Qurumlar SSRİ 2.0 sisteminə qayıdışla bağlı cavablarını bir ay müddətində təqdim etməlidirlər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya xəbərdarlıq etdi: Onlar məhv ediləcək!
21:24 17.11.2026
Aktual
Salyanda avtomobil 89 yaşlı piyadanı vuraraq öldürüb
21:12 17.11.2026
Hadisə
Britaniya Ukraynaya mindən çox raket verəcək
21:00 17.11.2026
Dünya
Parisdə keçirilən mitinqdə 28 min insan iştirak edib
20:37 17.11.2026
Dünya
Mark Rutte: Kırım körpüsünə hücumun uğurlu olduğu görünür
20:18 17.11.2026
Gündəm
Co Bayden: 2008-ci ildə Ukraynaya verilən vəd vaxtından əvvəl idi
20:10 17.11.2026
Gündəm
Bakıda ögey qardaşı 23 yaşlı qadını bıçaqlayaraq öldürüb
19:48 17.11.2026
Hadisə
Baxçalıdan sosial mediaya məhdudiyyət çağırışı: “Artıq vaxtıdır”
19:41 17.11.2026
Gündəm
İranın Qeşm adasında partlayışlar baş verib
19:12 17.11.2026
Aktual
Məşhur şadlıq saraylarında nöqsanlar: Mal əti əvəzinə...
19:01 17.11.2026
Sosial
Sumqayıtda "Embawood"un anbarında ölüm hadisəsi olub
18:55 17.11.2026
Hadisə