Bir qrup QHT nümayəndəsi Azərbaycan səfirliyinə hücumu pisləyib
Yusif Nəzərli
12:05 11.08.2022
Cəmiyyət
458
“Biz - Azərbaycanın milli maraqlarının xarici ölkələrdə, beynəlxalq platformalarda müdafiəsi və təşviqi istiqamətində fəaliyyət göstərən bir qrup QHT nümayəndəsi olaraq avqustun 4-də Azərbaycanın Londondakı səfirliyinə radikal dindarların hücumunu və onların törətdiyi vandalizm aktını pisləyir, bayrağımıza, səfirliyin əməkdaşlarına və binasına qarşı edilən hərəkətləri həm Böyük Britaniyanın imicinə zərbə vurduğunu, həm də beynəlxalq və onun ayrılmaz hissəsi olan diplomatik hüquqa zidd olduğunu bəyan edirik”.
“Report” xəbər verir ki, bu fikirlər Azərbaycanın bir qrup QHT nümayəndəsinin ölkəmizin Böyük Britaniyadakı səfirliyinə qarşı törədilmiş vandalizm aktına dair bəyanatında yer alıb.
Bildirilib ki, hadisədən artıq bir həftədən çox vaxt keçməsinə baxmayaraq, Böyük Britaniyanın Azərbaycandakı səfirliyi təkcə avqustun 5-də bir açıqlama verib:
“Bu açıqlamada isə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin ölkəmizin Londondakı səfirliyinə daxil olan etirazçıların hərəkətlərini pislədiyini və bu məsələ ilə bağlı hərtərəfli araşdırma aparıldığını vurğulayıb. Hadisədən bir gün sonra verilən bu açıqlamada hadisəni törədənlərin kim olduğunu Böyük Britaniya hökuməti hələ də müəyyənləşdirə bilməyib və onları, sadəcə olaraq, “etirazçılar” adlandırıb. Hadisənin vandalizm aktı olduğu, Azərbaycan bayrağına qarşı törədildiyi və polislərin gözü qarşısında baş verdiyi halda niyə “etirazçılar” kimi təqdim olunduğu çoxlu suallar doğurur. Hadisə ilə bağlı xəbərdarlıq Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən diplomatik kanallar vasitəsilə Böyük Britaniyanın aidiyyəti qurumlarının diqqətinə çatdırılsa da, hələlik Krallıq hökuməti tərəfindən ciddi açıqlama verilməyib. Məlumat üçün bildiririk ki, 1961-ci il aprelin 18-də qəbul edilmiş Diplomatik əlaqələr haqqında Konvensiyanın 22-ci maddəsinə əsasən, nümayəndəlik binaları toxunulmazdır. Nümayəndəliyi hər cür hücumlardan və zərər vurulmasından qorumaq, onun sakitliyinin pozulmasının və ya şərəfinin təhqir olunmasının qarşısını almaq üçün lazımi tədbirlər görmək yerləşmə dövlətinin xüsusi vəzifəsidir.
Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri olaraq belə hesab edirik ki, ölkəmizin səfirliyinə hücumun məsuliyyətini Böyük Britaniya bir dövlət kimi qəbul etməli, Azərbaycan xalqının narahatlığını başa düşməli, baş vermiş hadisəni ciddi araşdırmalı, cavabdehlərin tapılıb cəzalandırılmasını təşkil etməli, nəticələr barədə Azərbaycan hökumətinə və xalqına məlumat verməlidir.
“Avropaya İnteqrasiya Mərkəzi” İctimai Birliyi - Şəhriyar Məcidov
“Müharibə Veteranı Qadınlarına Sosial Yardım” İctimai Birliyi- Radə Abbas
“Azərbaycan-Avropa Gənclərinin Əməkdaşlığı” İctimai Birliyi- Orxan Əlixanlı
“Azərbaycan - Bolqarıstan Dostluğunun İnkişafına Yardım” İctimai Birliyi- Mariya Hüseynova
Sosial-İqtisadi və Ekoloji İnkişaf İctimai Birliyi - Rəhilə Mehtiyeva
“Elmi Araşdırmalar” İctimai Birliyi - Telman Qasımov
“Mediada İnnovativ Təşəbbüslərə Dəstək” İctimai Birliyi - Müşfiq Ələsgərli
“Azərbaycan-Amerika Gəncləri” İctimai Birliyi - Vüqar Əhmədov
“Çıraq” Humanitar və İnkişaf İctimai Birliyi - Nadir Cəfərov
“Əqli Mülkiyyətçilərə Kömək” İctimai Birliyi - Əfqan Qafarov
“Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyi - Toğrul Allahverdiyev
“Ziyalı Ocağı” İctimai Birliyi - İlahə Əliyeva
“Beynəlxalq Dialoq və İnkişaf Alyansı” İctimai Birliyi - Nüşabə Məmmədova
“Sakura” Azərbaycan-Yaponiya İctimai Birliyi - Təranə Hüseynova
“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi - Şəhla Nağıyeva”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı
Dörd bürcə XƏBƏRDARLIQ: daha diqqətli olmalıdırlar
09:05 15.11.2026
Cəmiyyət
Qışda maşını sürməzdən əvvəl neçə dəqiqə qızdırmaq lazımdır?
08:53 15.11.2026
Aktual
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb
08:11 15.11.2026
Dünya