Yüksəkliklər bizdədir! -“Xankəndiyə nəzərət imkanlarımız xeyli artıb”
Yusif Nəzərli
13:38 11.08.2022
Qarabağ
723
Ermənistanın tanınmış ictimai xadimi Larisa Alaverdyan azərbaycanlılar üçün yaranmış real şəraitdən danışıb. O, mövcud geosiyasi vəziyyətin Azərbaycanın xeyrinə dəyişdiyinin artıq reallıq olması ilə barışmaqdan başqa yol görmədiyini qeyd edib: “Azərbaycan Prezidenti İlham Əliyev 1988-ci ildən sonra Ermənistandakı yaşayış məntəqələrini və evlərini tərk etmiş azərbaycanlıların geri qaytarılmasını dəqiq vəzifə kimi qarşıya qoyub və artıq bu əməliyyatı ardıcıl olaraq həyata keçirir”.
Otuz dörd il əvvəl Zəngəzurda, konkret olaraq, Ağudi kəndində yaşayan azərbaycanlılarla söhbətini xatırladan Alaverdiyan onların şərait yaranacağı təqdirdə buralara qayıda biləcəkləri ilə bağlı dediklərini xatırlayaraq söyləyib. L. Alaverdyan qeyd edib ki, artıq həmin azərbaycanlıların gözlədikləri şərait yaranıb. Qarabağın erməni sakinlərinin gələcək taleyi ilə bağlı suala cavab verən ictimai xadim onların Azərbaycan vətəndaşları kimi yaşamaqdan başqa yollarının olmadığını bildirib. Ermənistan tərəfindən gələn bu siqnallar bizdə onların artıq gerçəkləri anladıqları ve real vəziyyəti dərk etdikləri fikrini formalaşdırır. Yumşalma meyilləri aydın hiss olunur. Bəs bu həqiqətən də belədirmi ? Onlar bu qəbildən olan açıqlamalarında nə qədər səmimidirlər?
Sualımızı cavablandıran sabiq dövlət müşaviri, politoloq Qabil Hüsyenli “Sherg.az”a deyib ki, Ermənistanla Azərbaycan münasibətlərində müsbət meyillərin işartısı görünür:
“Ermənistanın radikal dairələri - "Qarabağ klanı” və buna bənzər digər qüvvələr də ictimai-siyasi həyatda fəal deyillər. Zənnimcə, bu məsələdə Azərbaycanın sonucu “Qisas” antiterror əməliyyatı böyük rol oynadı. Bu əməliyyat erməniləri bir növ ayıltdı. Onlar anladılar ki, Qarabağla bağlı mənasız fikirlər onları xilas etməyəcək. Burada əsas məsələ konstruktiv mövqe tutmaqdır. Hələ ki, bu məsələdə müəyyən adamların fikirlərini görmək olur. Onlar Laçının iki kəndindən və rayon mərkəzindən çıxmağın labüdlüyünü söyləyirlər. Həmçinin onlar çıxarkən ərazidə olan evləri yandırmamağı tövsiyə edirlər. Avqustun sonlarına qədər Laçın rayonundakı sonuncu torpaqların işğaldan azad olunacağı görünür. Üstəlik, Qarabağın dağlıq hissəsindəki separatçılar da reallığı acı da olsa, qəbul etməyə başlayırlar. Artıq demək olar ki, Azərbaycan Qarabağın ermənilər yaşayan ərazilərinin böyük bir hissəsinə nəzarət edir”.
Qarabağın bütün ərazilərinin demək olar ki, Azərbaycan ordusunun nəzarətində olduğunu vurğulayan politoloq onu da əlavə edib ki, Xankəndi ətrafında nəzərət imkanlarımız xeyli artıb:
“Beləliklə, Qarabağ ermənilərinin hər hansı separatçı əhval-ruhiyyəyə meyl etməsi imkansız kimi görünür. Hələ Xankəndinə tam nəzarət edə bilməsək də, onun ərtafındakı starteji cəhətdən əhəmiyyətli olan bütün yüksəkliklər Azərbaycan ordusunun nəzarəti altındadır. Bu səbəbdən də separatçıların yaşadığı Xankəndində hansısa separtaçı hərəkətlərin həyata keçirilməsinin mümkünsüz olduğu aydın görünür. Hadisələri qabaqlayıb məsələ ilə bağlı müəyyən fikirlər söyləmək lazım gələrsə, deyə bilərəm ki, Azərbaycan artıq Xankəndinə də nəzarət etmək missiyasını həyata keçirmək üzrədir. Bu məsələ də kifayət qədər irəliləyişlər əldə olunub”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı
Dörd bürcə XƏBƏRDARLIQ: daha diqqətli olmalıdırlar
09:05 15.11.2026
Cəmiyyət
Qışda maşını sürməzdən əvvəl neçə dəqiqə qızdırmaq lazımdır?
08:53 15.11.2026
Aktual
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb
08:11 15.11.2026
Dünya