Qəfləti ölümlər...
Yusif Nəzərli
01:26 12.08.2022
Sağlamlıq
700
Daha çox ürək problemləri olan və böyrək çatışmazlığı yaşayanlar risk altındadır
Son vaxtlar gənclər arasında qəfil ölüm hadisələri geniş yayılıb. Bir də baxırsan ki, heç bir xəstəliyi olmayan insan qəfil dünyasını dəyişib. Bu isə insanlarda narahatlıq və gələcəyə inamsızlıq yaradır. Qeyd edək ki, dünən ölüm xəbəri yayılan 17 yaşlı Rəvan Hüseynov da gecə yatıb, səhər oyanmayıb. Yeniyetmə bu il məktəbdən məzun olubmuş.
Həkim-terapevt Şahvələd Məmmədov “Şərq”ə açıqlamasında deyib ki, gənc insanlar arasında qəfil ölüm hallarına çox nadir rast gəlinir:
“Qəfil ölümlərin ən birinci səbəbi ürək-damar xəstəlikləri-infarktlar və beyinə qan sızmaları, ani beyin qan dövranının pozulması - insultlardır. Yeniyetmələrdə isə bu xəstəliklər olmur. Bu yaşda gəncin ölümünə başqa amillər səbəb olur. Yatıb oyanmadığı iddia edilən 17 yaşlı yeniyetmənin də böyrək çatışmazlığından əziyyət çəkdiyi qeyd olunub. Yəni artıq bu ölüm qəfləti hesab olunmur.
Təsadüfi hallarda ailəsində irsi xəstəlik, ani ürək ölümləri olan gənclərdə bu kimi hallarla rastlaşmaq olur. Və qəfləti ürək dayanmaları daha çox kardioloji problemlərdən baş verir. Buna isə yeniyetmə uşaqlarda çox rast gəlinmir. Ürək tutmaları əsasən 40-60 yaş dövrü insanlar arasında geniş yayılıb”.
Həkimin sözlərinə görə, böyrək çatışmazlığı adi bir xəstəlik kimi görünsə də, bəzi hallarda qəfləti ölümlərə də səbəb ola bilir: “Böyrək çatışmazlığı böyrəklərin işinin ləngiməsi və ya dayanmasına bağlı olaraq qanda olan su, duz və digər mineralların tarazlığının pozulmasıdır.
Böyrəklər işləməyəndə elektrolitlər və tullantı mayelər orqanizmdə toplanmağa başlayır və bu tullantıların səviyyəsi yüksəldikcə ölümcül nəticələr ortaya qoya bilən ağırlaşmalara səbəb olur. Böyrək çatışmazlığından əziyyət çəkən insanda ağırlaşma olanda uremik koma vəziyyətinə düşərək dünyasını dəyişir. Əvvəldən xəstəliyi o qədər ağır olmasa belə hansısa yanaşı xəstəliklər fonunda ağırlaşaraq ölüm riski yaratması mümkündür. Böyrək çatışmazlığından əziyyət çəkən insanlarda arterial hipertenziya qeyd olunur. Ritmin pozulması hiperkaliemiya ilə əlaqədar ola bilir. Bu isə çox təhlükəli haldır və qəfləti ölümə səbəb ola bilir. Onu da deyim ki, böyrək çatışmazlığı xəstələrində arterial təzyiq digər xəstəliklər zamanı baş verən təzyiqdən ağır formada olur. Bunun nəticəsində ürək əzələsinin hipertrofiyalaşması baş verir ki, bu da miokardın distrofiyası və ürək ritminin pozulmasına səbəb olur. İlk əvvəllər ürəkdöyünmə, təngnəfəslik və ürək astması baş verir. Tədricən ürək səbəbli qaraciyər böyüyür və ayaqlarda ödemlər əmələ gəlir. Belə xəstələr ən çox ürək çatışmazlığından ölürlər”. Qəfil ölümlərin cavanlaşmasına gəldikdə isə Ş.Məmmədov deyib ki, bu bir reallıqdır. Səbəbi isə insanlarda fiziki aktivliyin əvvəlki dövrlə müqayisədə azalmasıdır. Azərbaycanda tənbəllik, zərərli vərdişlər xeyli artıb. Ölüm yaşının azalmasına birinci səbəb, insanların gündəlik olaraq idmanla məşğul olmaması, məşğul olanların da zərərli dərmanları qəbul etməsi, yağlı qidalara meyillilik göstərilə bilər. Xüsusilə, gecə vaxtı yağlı qidaların qəbulu qanda xolesterin səviyyəsinin yüksək olmasına, maddələr mübadiləsinin pozulmasına və tədricən damarlarda atiromaların olması və daralmasına gətirib çıxarıb. Təkcə siqaret çəkmək deyil, eyni zamanda, siqaret istehsalı da insan üçün təhlükəlidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı
Dörd bürcə XƏBƏRDARLIQ: daha diqqətli olmalıdırlar
09:05 15.11.2026
Cəmiyyət
Qışda maşını sürməzdən əvvəl neçə dəqiqə qızdırmaq lazımdır?
08:53 15.11.2026
Aktual
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb
08:11 15.11.2026
Dünya