TƏBİB: Bir sıra regionlarda hepatit A virusuna yoluxma müşahidə edilir
10:40 24.11.2023
Sağlamlıq
587
"Hazırda ölkəmizdə bir sıra regionlarda hepatit A virusuna yoluxma müşahidə edilir".
APA xəbər verir ki, bunu TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva deyib. O bildirib ki, hepatit A xəstəliyi 3-4 ildən bir kiçik alovlanmalar verən xəstəlikdir:
"Bizim də işimiz odur ki, bu alovlanmaların qarşısını alaq. Hazırda ölkəmizdə hepatit A virusu ilə bağlı vəziyyət stabildir".
Yaqut Qarayeva deyib ki, xəstəlik ilkin olaraq özünü ürəkbulanma, halsızlıq, dəridə qaşınma və sonrakı mərhələdə göz ağının saralması ilə müşahidə edilir.
Həkimin sözlərinə görə, ola bilər ki, bir insan hepatit A virusuna yoluxsun, amma bir aydan artıq müddətdə xəstəlik özünü göstərməsin.
Həkim həmçinin qeyd edib ki, hepatit A xəstəliyinin mənbəyi insandır:
“Lakin burada insanın istifadə etdiyi su, qida və əşyalar da rol oynayır. Virus özünü suda çox yaxşı qoruyur. Bu xəstəlikdən qorunmağın yolu şəxsi gigiyena qaydalarına əməl etməkdir”.
Yaqut Qarayeva deyib ki, Hepatit A virusuna qarşı vaksin var və təhlükəsizdir. O bildirib ki, bu virus iki dəfə vurulur:
“Burada önəmli məsələ odur ki, Azərbaycanda hepatit A virusu peyvənd cədvəlinə daxil deyil. Bu peyvənd ehtiyac olduğu halda vurulur. Məsələn, hansısa vətəndaşımız sanitar-gigiyena baxımdan vəziyyətin yaxşı olmadığı ölkəyə səyahət edərsə və ya iş sahələrindən asılı olaraq vurdura bilər. Həkimlər tərəfindən də vaksin vurudurulması tövsiyə edilir”.
“Peyvənd istehsalçısından asılı olaraq 1 və ya 3 yaşdan sonra vurdular bilər. Hər bir dərman vasitəsi kimi hepatit A virusuna qarşı vurulan peyvəndin də əks təsirləri ola bilər. Lakin çox geniş yayılmış və ədəbiyyatlarda qeyd edilən əks təsirləri yoxdur”, - deyə o qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət