Dövlət Agentliyi: Sosial şəbəkədə özünü qazi kimi təqdim edən şəxs müharibə iştirakçısı deyil
Dövlət Agentliyi: Sosial şəbəkədə özünü qazi kimi təqdim edən şəxs müharibə iştirakçısı deyil
08:24 08.08.2024
Sosial
536
Sosial şəbəkə səhifələrində Ağcabədi rayon sakini, 2004-cü il təvəllüdlü, iki ayağı olmayan, görmə məhdudiyyətli şəxs Sadıqov Hüseyn Əlağa oğluna dair paylaşılan video ilə bağlı ilk növbədə bildiririk ki, həmin şəxs müharibə iştirakçısı deyil.
APA xəbər verir ki, bu barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyin İctimaiyyətlə Əlaqələr və daxili kommunikasiya şöbəsinin müdiri Tural Qurbanov məlumat yayıb.
O bildirib ki, həmin şəxsə ödənilən sosial ödənişin dayandırılması barədə qeyd etdikləri də yanlışdır.
Belə ki, Hərbi-Həkim Komissiyasının Sadıqov Hüseyn Əlağa oğlu ilə bağlı 13.09.2023-cü il tarixli xəstəlik şəhadətnaməsində əsas diaqnozunun müharibə və ya hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar deyil, hərbi xidmət dövrü ilə əlaqəli olduğu qeyd olunub.
Diaqnozunda göstərilən səbəb əlaqəsinə uyğun olaraq da ona hərbi xidmət dövrü ilə əlaqədar orqanizmin funksiyalarının 100 faiz pozulmasına görə (I dərəcə) müddətsiz (ömürlük) əlillik təyinatı aparılıb.
Əlilliyi təyin edildiyi vaxtdan da Hüseyn Sadıqova pensiya və təqaüd olaraq ümumilikdə aylıq 680 manat sosial ödəniş təyin edilib və həmin sosial ödənişlərini hər ay almaqda davam edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Baxçalıdan sosial mediaya məhdudiyyət çağırışı: “Artıq vaxtıdır”
19:41 17.11.2026
Gündəm
İranın Qeşm adasında partlayışlar baş verib
19:12 17.11.2026
Aktual
Məşhur şadlıq saraylarında nöqsanlar: Mal əti əvəzinə...
19:01 17.11.2026
Sosial
Sumqayıtda "Embawood"un anbarında ölüm hadisəsi olub
18:55 17.11.2026
Hadisə
Alen Simonyan: Katolikos II Qaregin milli təhlükəsizliyə təhdiddir
17:46 17.11.2026
Region
Uşağa qulluğa görə müavinət hüququ... - Yeni qayda
17:44 17.11.2026
Sosial
İranda üç etirazçı edama məhkum edildi
17:26 17.11.2026
Dünya
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
17:24 17.11.2026
İqtisadiyyat
Britaniya TRIPP-in təhlükəsizliyinə töhfə verə bilər - ŞƏRH
17:18 17.11.2026
Aktual
Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib
17:17 17.11.2026
Ölkə
Ehtiyac meyarı ilə bağlı qanun layihəsi ilk oxunuşdan keçdi
17:09 17.11.2026
Sosial