Zelenskinin reytinqi əhəmiyyətli dərəcədə düşüb

Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkədə reytinqi əhəmiyyətli dərəcədə azalıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukraynanın Sosial və Marketinq Araşdırmaları Mərkəzi məlumat yayıb.

Mənbənin məlumatına görə, ötən il Zelenskinin nüfuzu azalmağa doğru gedib və hazırda onun reytinqi 15,9 faiz təşkil edir. Seçkilər keçirildiyi təqdirdə ona əhalinin yalnız 15 faizinin səs verəcəyi deyilir.

Qeyd edək ki, iddialara görə, Zelenskiyə rəqib göstərilən Zalujnının nüfuzu isə 27,2 faiz təşkil edir.