
Havada xaos: Qantas təyyarəsi 9 saat uçduqdan sonra Sidneyə qayıtdı
08:50 04.10.2025
Hadisə
416
Avstraliyanın Qantas Hava Yollarına məxsus Airbus A380 tipli sərnişin təyyarəsi Sidney-Yohannesburq reysində nasazlıq səbəbilə geri dönüb.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, uçuşun başlanmasından qısa müddət sonra peyk rabitə sistemində yaranan problem təhlükəsizlik riskinə səbəb olub. Pilotlar təyyarəni havalandığı meydana qaytarmaq qərarı veriblər. Nəticədə, təyyarə 9 saat havada qaldıqdan sonra Sidneyə enib.
Şirkət sərnişinlərə hotellərdə yerləşmə imkanı yaradıb. Ertəsi gün həyata keçirilən yeni uçuşla sərnişinlər 14 saat 45 dəqiqəlik yolçuluqdan sonra Cənubi Afrikanın Yohannesburq şəhərinə çatdırılıb.
Oxşar hallar
İyun 2025-də Qantasın Perth - Paris reysi İran-İsrail arasında baş verən “12 günlük müharibə” səbəbilə Orta Şərq hava məkanının bağlanması ilə üzləşmişdi. Təyyarə 8 saatlıq uçuşdan sonra geri dönmüş, ümumilikdə 15 saat nəticəsiz yol getmişdi.

Aprel 2025-də Lufthansaya məxsus Los-Anceles-Münhen reysində sərnişinin planşeti oturacaqda sıxışdığı üçün təyyarə yanğın təhlükəsinə qarşı Boston şəhərinə yönləndirilib.
2024-cü ildə Skandinaviya Hava Yollarının Oslo -Malaqa uçuşunda yemək tepsisindən siçan çıxmış və təyyarə təhlükəsizlik səbəbindən Kopenhagendə məcburi eniş etmişdi.
Qeyd edək ki, mülki aviasiyada bəzən uçuşların ləğvi və ya geri dönüşü yalnız texniki nasazlıqlarla deyil, həm də müharibələr, heyvanların təyyarəyə düşməsi və ya kiçik elektron cihazların yaratdığı təhlükələrlə bağlı ola bilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual
Donald Tramp: İran məsələsini tam bitirməmişik
16:30 02.11.2026
Aktual