
Politoloq: İranın hərbi qruplaşmaları dəstəkləməsi Qərblə qarşıdurmasını dərinləşdirir
09:52 29.10.2025
Region
427
Qərbi Səhrada İranın fəallaşması regionu yeni müharibə riski ilə üz-üzə qoya bilər
Taleh Əliyev: Tehran yanlış siyasəti ilə həm regionu, həm də öz xalqını təhlükəyə atır
Böyük Britaniya hökuməti İranın Mərakeşlə qonşu olan Qərbi Saharadakı fəaliyyətlərini izlədiyini, amma indiyədək Tehranın “Polisario Cəbhəsi”nə birbaşa dəstəyinə dair heç bir dəlil görmədiyini açıqlayıb.
Bu barədə “British Defence Magazine” məlumat yayıb.
Britaniyanın Afrika üzrə dövlət naziri Baronessa Çapman Lordlar Palatasında çıxışında deyib: “Böyük Britaniya İranın “Polisario Cəbhəsi”nə dəstəyinə dair heç bir dəlil görməyib. Bununla belə, İranın bölgədəki fəaliyyətlərini izləməyə davam edirik”.
Nazir vurğulayıb ki, London İranın belə qruplara siyasi, hərbi və maliyyə dəstəyi vasitəsilə sabitliyi pozan davranışını pisləyir və müttəfiqləri ilə bu hərəkətlərin qarşısını almaq üçün çalışır.
Məsələ İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Qərbi Sahara üçün Mərakeşdən müstəqillik əldə etmək istəyən “Polisario” Hərəkatı arasında mümkün əlaqələrə dair xəbərlərdən sonra ortaya çıxdı.
Lordlar Palatasında sual qaldıran Lord Qodson deyib: “İran hökuməti, SEPAH və “Polisario Cəbhəsi” arasında müəyyən qədər rəğbətin olduğuna dair sübutlar var. Britaniya hökuməti mövcud məlumatları yenidən nəzərdən keçirməlidir”.
Eyni görüşdə Lord Bryus xəbərdarlıq etdi ki, müdaxiləçi aktorlar döyüşə girərsə, Qərbi Saharadakı münaqişə proksi müharibəyə çevrilə bilər. Çapman cavab olaraq bildirib ki, Britaniya Mərakeşin yanındadır və öz öhdəliklərinə sadiqdir. Lordlar Palatasının digər üzvləri də İranın regionda sabitliyi pozmaq üçün “Polisario Cəbhəsi”ndən istifadə etmə ehtimalından narahat olduqlarını vurğulayıblar.
Lord Pollok vurğulayıb ki, Britaniya hökuməti İranın sabitliyi pozan hərəkətlərinə qarşı müttəfiqlərini dəstəkləməlidir. Çapman buna cavab olaraq deyib: “İranın belə hərəkətlərinə nifrət edirik və rejimin sülh proseslərini pozmaq üçün öz təsirindən istifadə etmək cəhdlərindən tam xəbərdarıq”.
Qeyd edək ki, Qərbi Sahara Afrikanın Şimal-qərbində yerləşən və 1975-ci ildə İspaniya tərəfindən tərk edildikdən sonra Mərakeş tərəfindən haqq iddia edilən, hazırda da üçdə ikisini idarə etdiyi bölgədir. Bütöv bölgə üzərində 1976-ci ildə müstəqilliyini elan edən Sahara Ərəb Demokratik Respublikasının bu addımı Mərakeş tərəfindən qəbul olunmayıb, onu BMT də tanımır. Bölgəyə qonşu ölkələr - Şimalda Mərakeş, Şimal-şərqdə Əlcəzair, Şərq və Cənubda Mavritaniyadır. Bölgənin qərbində Atlantik okeanı yerləşir.
Politoloq Taleh Əliyev Sherg.az-a bildirib ki, İran təkcə Yaxın Şərq regionunda deyil, həm də dünyanın müxtəlif ölkələrində -xüsusilə İslam coğrafiyasında yerləşən dövlətlərdə özünə yaxın müəyyən hərbi qruplaşmaları dəstəkləməklə Qərb dövlətlərinin həmin regionlardakı fəaliyyətinə təhdid yaradır:

"Bu da, istər-istəməz, Qərb ilə İran arasında növbəti qarşıdurmaların və konfliktlərin meydana gəlməsinə səbəb olur. Tehranın Qərbi Səhra bölgəsindəki hərbi qruplaşmaları dəstəkləməsi onsuz da gərgin olan və getdikcə kulminasiya nöqtəsinə doğru inkişaf edən Qərb–İran qarşıdurmasına növbəti təkan verə bilər. Nəticədə, bu vəziyyət yenidən Rusiya, Qərb və İran arasında hərbi qarşıdurmanın yaranmasına gətirib çıxarma ehtimalını artırır. Buna görə də, İran tərəfinin Qərbin, xüsusilə Böyük Britaniyanın xəbərdarlıqlarını ciddiyə alması daha məqsədəuyğun olardı. Lakin düşünmürəm ki, İran rəhbərliyi belə bir sağlam mövqe nümayiş etdirəcək. Çünki artıq İran elə bir mərhələyə çatıb ki, Qərblə münasibətləri tamamilə dalana dirənib".
Analitikin fikrincə, müxtəlif regionlarda həmin hərbi qruplaşmaların dəstəklənməməsi İran rejiminin sonunu daha da yaxınlaşdıra bilər:
"Əksinə, Tehran bu gün bu kimi qruplaşmaları daha da aktivləşdirərək öz müdafiəsini gücləndirməyə, Qərbin birbaşa İrana müdaxiləsini yubatmaqa çalışır. Təəssüf ki, bu yanlış siyasətin fəsadlarını təkcə İran rejimi deyil, həm də 80 milyonluq İran əhalisi, o cümlədən 40 milyondan artıq Güney Azərbaycanlı soydaşlarımız da ağır şəkildə hiss edəcəklər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi