
Ajiotaja əsas yoxdur! – “Məktəblərdəki epidemioji vəziyyət nəzarətdədir”
Yusif Nəzərli
09:18 15.10.2021
Elm və Təhsil
686
“Təhsil Nazirliyi öz növbəsində durumu nəzarətdə saxlayır”
“Azyaşlılar arasında yoluxma kritik deyil”
“Bunlar bizim şəxsi pozitiv yanaşmamız yox, rəsmi statistikalardır”
Hazırda ölkə üzrə bu günədək 241 sinif distant təhsilə keçirilib. Onlardan 35-i əyani təhsilə qayıdıb, 206 sinifdə isə distant təhsil davam etdirilir. Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.
Yaxın günlərdə Sumqayıt şəhərində 31 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Kamil Əsgərovun , 28 nömrəli tam orta məktəbin direktoru Mehdi Ağayevin COVİD-19 dan dünyasını dəyişməsi məktəblilər və valideylərdə təşviş yaratdı.
Proses bu şəkildə davam etdiyi halda yenidən ümumtəhsil məktəbləri distant təhsilə geri dönə bilərmi?

“AzEdu.az” təhsil portalının baş redaktoru, təhsil üzrə ekspert Elmin Nuri bildirib ki, karantin müddəti bitdikdən sonra hər şey qaydasında olarsa, digər siniflər də əyani təhsilə qayıdacaq:
“Lakin artıq cəmiyyətdə istər dünənki hadisə- şagird ölümü, istərsə də ondan öncəki proseslərlə bağlı təşviş yaranmadadır. Təbii ki valideynləri başa düşmək mümkündür. Ötən ilin bu günü ilə bu ilin bu günü arasında aparılan müqayisələr sürətləndirilmiş vaksinasiya bizə imkan verir ki məktəblərin bağlanması ilə əlaqədar iddiaların hələlik tam əsassız olduğunu deyə bilərik. Artıq vaksinasiya yaşı da aşağı salındı, bu istiqamətdə işlər sürətləndirilir. Yoluxma sayı arasınadakı müqayisələr onu deməyə əsas verir ki bizdə vəziyyət o qədər də kritik deyil. Açığı lokal siniflərdə qapanma gözlənilirdi. Hazırda məktəblərdə durum o qədər də kritik qiymətləndirilə bilməz. Vəziyyət nəzarətdədir. Operativ Qərargahın gördüyü tədbirlər qənaətbəxşdir. Təhsil Nazirliyi öz növbəsində durumu nəzarətdə saxlayır. Azyaşlılar arasında yoluxma kritik deyil. Bunlar bizim şəxsi pozitiv yanaşmamız yox, rəsmi statistikalardır. Qısaca desək hər şey hələki nəzarət altındadır. Belə bir durumda cəmiyyətdə ajiotajın yaranmasına heç bir səbəb yoxdur. Məktəblərin bağlanmasından söhbət gedə bilməz. Biz bəzən ehtiyatlı olmaqla panikaya düşmək arasındakı incə cizgini itiririk. Ötənlərdə Səhiyyə Nazirliyi ilə Təhsil Nazirliyi ortaq bəyanat ünvanladılar. Orada da tədbirli olmağa çağırış var idi. Bu çağırışın kökündə valideyn, müəllim və şagirdlərin özlərinin tədbirli olması dayanırdı. Bu məsələyə diqqət daha da artdıqca məktəblərdəki durum düzələcək. Bütün valideynlərin bu prosesdə pozitiv iradəli olmasına ehtiyac var”.
Qeyd edək ki bir çox ölkədə pandemiyadan zərər çəkən sahələr cərgəsində təhsil ön sıralarda yer alır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
CHP-nin İstanbul şöbəsinə yeni sədr təyin edildi
21:36 15.10.2026
Dünya
Ölümdən dönən sənətçi - Tacir Şahmalıoğlundan AÇIQLAMA
21:34 15.10.2026
Mədəniyyət
Böyük Britaniya Ukraynaya əlavə "Storm Shadow" raketləri göndərəcək
21:11 15.10.2026
Dünya
Ukrayna bir neçə obyekti vurmağı bacardı - Putin
20:59 15.10.2026
Region
Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb
20:34 15.10.2026
Siyasət
Tanınmış rusiyalı jurnalist terrorçu elan edildi
20:07 15.10.2026
Gündəm
Onun edamı canlı yayımlanmayacaq - Tramp
19:58 15.10.2026
Dünya
İran Oman körfəzində tankeri vurdu
19:42 15.10.2026
Gündəm
İranlı general: Quru əməliyyatları ABŞ-yə baha başa gələcək
19:34 15.10.2026
Aktual
Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb
19:21 15.10.2026
Aktual
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
19:10 15.10.2026
Futbol
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya