Alimdən SOS: “Borçalıda dilimiz unudulur” – Təhsil problemi...!
10:25 10.02.2021
Elm və Təhsil
869
Gürcüstanda yaşayan soydaşlarımızın təhsil problemi yenidən aktuallaşıb. Belə ki, etnik azlıqlar üçün nəzərdə tutulmuş imtahanla universitetlərə qəbul olunan azərbaycanlılar Gürcüstan dövlətinin tələbələr üçün yaratdığı imkanlardan yararlana bilmirlər. Eyni fakültəyə gürcü dilində imtahan verib, uğurlu nəticə qazanan azərbaycanlı tələbələr dövlət hesabına təhsil alır.
Gürcüstanda yaşayan soydaşlarımızın ana dilində təhsil alması hüququ tanınsa da, Azərbaycan dilində ödənişli əsaslarla oxumaq məcburiyyətində qalırlar. Xatırladaq ki, bir müddət öncə Gürcüstan təhsil sisteminə əsasən müəllimlərə müxtəlif statusların verilməsində azərbaycanlı müəllimlər bu sahədə kifayət qədər çətinliklə qarşılaşıblar. Buna səbəb müəllimlərin dövlət dili olan gürcü dilində ümumi qabiliyyət imtahanını verməyə sövq edilməsi idi.
Gürcüstandakı soydaşlarımızın təhsil problemi ilə bağlı “Sherg.az”a danışan tarixçi-alim Kərəm Məmmədov bildirib ki, iki çıxış yolu var:
“Ya Tiflis şəhərində Azərbaycan təhsil müəssisələrində çalışacaq kadrlar hazırlanmalıdır, ya da heç olmaya hər il BDU-nun Qazax filialında 25 tələbə yetişdirilməlidir.
Ana dilində təhsil almış tələbəylə Azərbaycanda təhsil almış tələbənin keçdiyi proqramlarda fərq var. Gürcüstandakı məktəblərdə Azərbaycan tarixi tədris edilmir.
Bu isə onların III ixtisas qrupuna hazırlaşmağında əngəl yaradır.
Soydaşlarımız verilən limit əsasında təhsil ala bilərlər. Hazırda Yer kürəsində 60 milyona yaxın azərbaycanlı yaşayır. Dağ rayonlarının birində istənilən peşə məktəbinin nəzdində yataqxana tikib, ali məktəb təşkil etmək olar.
Suriyada, Əfqanıstanda, İranda belə bir forma var idi. Elə edə bilərik ki, bir il ərzində Avropadakı azərbaycanlılar təhsil alsın, növbəti il isə Asiyada yaşayanlar.
Bu formada mədəniyyətimizi, dilimizi yaya bilərik. Artıq Dərbənddə dilimiz unudulub, xəbəriniz var?! Borçalını da belə aqibət gözləyir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qohumların bezdirici cümlələri - Çoxu qarşılaşır
17:24 23.03.2026
Cəmiyyət
Bitməyən yorğunluğun səbəbi: Zehni “açıq səhifələr”
17:13 23.03.2026
Sağlamlıq
“Al Jazeera”: İran geri addım atmağa hazırdır
16:45 23.03.2026
Region
Trampın bu açıqlamasından sonra neft kəskin ucuzlaşdı
16:22 23.03.2026
Dünya
Rəsmi Bakı Rusiya XİN-ə cavab verib, Moskvadan izahat gözləyir
15:58 23.03.2026
Siyasət
MN: Bakı və Abşeronda PUA-larla təlim-məşq uçuşları keçiriləcək
15:51 23.03.2026
Hərbi
Putin azərbaycanlı alimi təltif edib
15:44 23.03.2026
Dünya
Abbas Əraqçi Hakan Fidanla raket hücumu barədə danışdı
15:35 23.03.2026
Gündəm
Albaniyada hökumət binasına hücum edildi
15:22 23.03.2026
Dünya
XİN Pakistan xalqını təbrik edib
14:14 23.03.2026
Siyasət
ABŞ İranda quru əməliyyatına başlasa... - Rudenko
13:52 23.03.2026
Dünya