Bağçalarda təhsil icbari olacaq? - Nazir AÇIQLADI

“Bağçaların icbari təhsil olması yaxın gələcəkdə mümkün deyil”. 
Oxu.Az-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib.
O qeyd edib ki, bağçalar bir neçə problemi həll edir: 
“Birincisi, uşaqların təhsili, ikincisi, qadınların işləyə bilməsi üçün şəraitin yaradılmasıdır. Uzunmüddətli dövrdə bağçaların sayının artması hamının marağındadır. Lakin dayanıqlı modellə edilməlidir”.