İxtisas seçimində 3 əsas amil - Mütəxəssis AÇIQLADI
04:47 15.08.2023
Elm və Təhsil
840
Abituriyentlərin, plan yerinin sayı və nəticələr analiz edilməlidir
Bir neçə gündən sonra ali məktəblərə ixtisas seçimi başlayacaq. Dövlət İmtahan Mərkəzinin məlumatına görə, 150 bal və daha yüksək nəticə göstərən abituriyentlər blok imtahanında 50 baldan yüksək nəticə göstərirlərsə, onlar da müsabiqəyə buraxılırlar.
Şeçiləcək ixtisaslar toplanan bala uyğun olmalıdır. Arzuolunan ixtisas üzrə ayrılan plan yerinə diqqət yetirmək də ən önəmli məqamlardan biridir. Ona görə də abituriyentlər daha diqqətli olmalı, düzgün seçim etməli, hətta “yüz ölç, bir biç” atalar sözünə əməl etməlidir.
Düzgün ixtisas seçimi abituriyentin həyatında və gələcək karyerasının formalaşmasında ən zəruri amillərdən biridir.
Mütəxəssislərin sözlərinə görə, abituriyentin ixtisas seçərkən diqqət etməli olduğu əsas məsələlərdən biri də ixtisaslar üzrə plan yerlərini, müsabiqədə iştirak edən abituriyentlərin topladıqları balların paylanması üzrə saylarını, öz fərdi imtahan göstəricilərinin bu sıralanmadakı yerini müəyyən edərək ona əsasən kodlaşdırma aparmasıdır. İxtisas seçimində ən çox istifadə edilən forma ötən illərin tələbə qəbulu müsabiqəsində ayrı-ayrı ixtisaslar üzrə formalaşmış keçid ballarını nəzərə alaraq seçim etməlidir.
Təhsil məsələləri və ixtisas seçimi üzrə mütəxəssis Əmrah Həsənli “Sherg.az"a açıqlamasında deyib ki, ixtisas seçərkən qərar vermək bəzən bir qədər çətin olur: “Lakin şəxsin yaşadığı mühit və şərait onun seçdiyi peşəyə uyğun olarsa, seçim etmək bir az asanlaşır. Eyni zamanda ixtisas seçimində valideynlərin də təsiri rol oynayır. Bəli, valideyn çalışır ki, düzgün istiqamətləndirsin. Amma bu bəzən mənfi təsir edir. İxtisas seçimi zamanı abituriyentlərin arzu və istəkləri mütləq nəzərə alınmalıdır. Qəbul imtahanında iştirak edərək abituriyentlər topladıqları ballara uyğun ixtisas seçimi ilə bağlı müsabiqədə iştirak etmək hüququ qazanırlar və 15 ixtisası seçə bilərlər. Bu zaman onlar seçimi doğru və ehtiyatlı etməlidirlər. Bir məqamı da nəzərinizə çatdırım ki, uğurlu ixtisas seçimi gələcək karyeranın təməlidir. Ona görə də ixtisas seçimi həlledici bir məsələ olaraq öz əhəmiyyətini daim saxlayır. Valideyn son mərhələyə qədər övladının yanında olmalı, mütəxəssislərlə daimi əlaqədə olmalı, onlardan məsləhət almalıdır. Mütəxəssisi də düzgün seçməli, işləri ilə yaxından tanış olmalıdır”.
İxtisas seçimi üzrə mütəxəssis deyib ki, ixtisas seçimi zamanı ötənilki keçid balı və plan yerlərinə diqqət edilməlidir: “İxtisaslar üzrə keçid balının formalaşmasında 3 əsas amil rol oynayır. Abituriyentlərin sayı, imtahan nəticəsi və plan yerlərinin sayı. Abituriyentlərə 2022-ci ildə tələbə qəbulu müsabiqəsində formalaşmış keçid balları ilə tanış olmağı məsləhət görürəm. Amma onunla tam şəkildə seçim etmək uğurlu olmayacaq. Abituriyentlər mütləq şəkildə cari ildə ixtisas qrupu üzrə eyni və daha çox bal toplayanların sayına və cari ildəki plan yerlərinə baxmalıdırlar. Əvvəlki ildə bəzi aşağı balla formalaşmış ixtisasların plan yerləri müqayisə edilməlidir. Çünki cari ildə onlardan bəzilərində azalma var ki, bu da ixtisas seçiminə təsir göstərəcək. Abituriyentlər bu hallara görə də diqqətli olmalıdırlar. Mütləq şəkildə DİM-in jurnallarına baxmalıdır, heç bir əlavə informasiyaya aldanmamalıdır. Abituriyentlər mütləq şəkildə DİM-in resurslarından istifadə etməklə uğurlu ixtisas seçimi edə bilərlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
CHP-nin İstanbul şöbəsinə yeni sədr təyin edildi
21:36 15.10.2026
Dünya
Ölümdən dönən sənətçi - Tacir Şahmalıoğlundan AÇIQLAMA
21:34 15.10.2026
Mədəniyyət
Böyük Britaniya Ukraynaya əlavə "Storm Shadow" raketləri göndərəcək
21:11 15.10.2026
Dünya
Ukrayna bir neçə obyekti vurmağı bacardı - Putin
20:59 15.10.2026
Region
Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb
20:34 15.10.2026
Siyasət
Tanınmış rusiyalı jurnalist terrorçu elan edildi
20:07 15.10.2026
Gündəm
Onun edamı canlı yayımlanmayacaq - Tramp
19:58 15.10.2026
Dünya
İran Oman körfəzində tankeri vurdu
19:42 15.10.2026
Gündəm
İranlı general: Quru əməliyyatları ABŞ-yə baha başa gələcək
19:34 15.10.2026
Aktual
Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb
19:21 15.10.2026
Aktual
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
19:10 15.10.2026
Futbol
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya