
“Məktəb rəhbərliyi normal psixologiyaya malik olmalıdır”
Yusif Nəzərli
12:24 07.03.2023
Elm və Təhsil
726
“Yaşın neçə olmasına baxmayaraq, şəxsiyyəti, əqidəni alçaldan davranış qəbuledilməzdir”
“Məktəb rəhbərliyi daxili qaydaları öz düşüncəsinə görə nizamlayanda nə vətənə, nə də cəmiyyətə faydalı şəxslər yetişdirə biləcəklər”
Məktəb daxilində baş verən hadisələr sosial şəbəkədə ən çox müzakirə edilən mövzulardandır. Şagirdə şillə vuran direktor, dərsi pozan məktəblilər, şagirdin tədris prosesinə uyğun olmayan davranışlarını cəzalandıran müəllim...
Cəza demişkən, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 4 saylı orta məktəbdə müəllim dərsə gecikən şagirdə döşəmə sildirilib. Hələ bu azmış kimi hadisəni videoya çəkib.
Şagirdin bacısı daha sensasiyalı iddia ilə çıxış edib:
"Müəllim bildirib ki, qardaşım növbəti dəfə dərsə geciksə, ona məktəbin sanitar qovuşağını sildirəcək".
Yayılan görüntülərdə müəllim baş verən hadisənin doğruluğunu özü təsdiqləyib. O, qeyd edib ki, bu məktəbin daxili qayda-qanunlarından biridir.
Azərbaycan təhsil sistemində böhranlı vəziyyət ortaya çıxıb. Hər gün məktəbdaxili münasibətlərin düzgün tənzimlənməməsinin şahidi oluruq. Əlbəttə, şagirdlər tədris prosesində nizam-intizama riayət etməlidir. Bəzi istifadəçilərin fikrinə əsasən, şəxsiyyəti formalaşmaqda olan şagirdə ucuz münasibət bəslənilməməlidir.

Məsələ ilə bağlı "Sherg.az"a danışan psixoloq Əfsanə Rüstəmova bildirib ki, cəmiyyət gələcəyi necə görmək istəyirsə, o cür də insan yetişdirir:
"Məktəbin vəzifəsi təkcə elm verməkdən ibarət deyil. Eyni zamanda sosial münasibətlərin və ictimai əlaqələrin qurulmasında vərdişin yaranması birbaşa məktəbdən keçir. Məktəb şagirdlərin şəxsiyyətinin formalaşmasında çevrədən və ailədən daha böyük rola malikdir. Çünki məktəbdə məsuliyyət hissi var.
Müəllim belə davranışı ilə onun hərəkətinin sorğulana biləcəyini ortaya çıxarır. Bunun fonunda da istədiyi, lazımi hörməti görmür.
Qrup içərisində şəxsiyyətin alçaldılması yolverilməzdir. Görünür, müəllim şagirdlərə doğru və yanlış anlayışını başa salmaq üçün cəza yaxud mükafat sistemindən istifadə etməyi planlaşdırıb. Lakin seçilən metod düzgün deyil. Müəllim "hər pedaqoq bir psixoloqdur" yanaşmasını duyub, hiss etməli idi".
Psixoloqun fikrincə, daxili qaydaları məktəb tənzimləyirsə, rəhbərlik normal psixologiyaya malik olmalıdır:
"Məsələ sadəcə müəllimin davranışında deyil, onun məktəbdə nüfuzu yoxdur. Yaşın neçə olmasına baxmayaraq, şəxsiyyəti, əqidəni alçaldan davranış qəbuledilməzdir. Belə alçaltmalar məktəbə və müəllimə qarşı ikrah hissi yaradır. Bəlkə də, bunu bir valideyn etsə idi, narazılıq doğurmazdı. Müəllim valideyn kimi davranmamalıdır.
Uşaq yaşadığı alçalma hissini 25-30 yaşlarında xatırlayacaq. Hadisənin həmin uşaqda yol verəcəyi şəxsiyyət pozuntusunun məsuliyyəti və cavabdehliyini vətəndaş və ölkə olaraq biz daşıyırıq.
Xoşagəlməz hadisələr yaşayan uşaqların məktəbdənkənar psixoloqa müraciəti peşəkarla məsləhətləşməsi zəruridir.
Məktəbləri də mütəmadi, intensiv şəkildə yoxlamaq lazımdır. Məktəb rəhbərliyi daxili qaydaları öz düşüncəsinə görə nizamlayanda nə vətənə, nə də cəmiyyətə faydalı şəxslər yetişdirə biləcəklər.
Uşaqların gələcəkdə natamam şəxs olmamasından ötrü psixoloqların və pedaqoqların üzərinə böyük yük düşür. Heç bir uşaq elə davranışa məruz qalmamalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yaponiyada dərin dənizdə 38 yeni canlı növü kəşf edildi
16:50 16.05.2026
Maraqlı
Böyük Britaniya kralı Qarabağ atlarının şousunu izləyib
16:18 16.05.2026
Siyasət
İran Hörmüz boğazından təhlükəsiz keçid üçün yeni plan təqdim edib
14:57 16.05.2026
Dünya
Yer kürəsində maqnit fırtınası qeydə alınıb
14:41 16.05.2026
Dünya
Üztanıma ilə ödəniş sistemində problem yaranıb? - ADY
14:24 16.05.2026
Cəmiyyət
Peskov institutda türk dilini necə öyrənməsindən danışıb
13:40 16.05.2026
Dünya
Yağış yağacaq, şimşək çaxacaq
13:27 16.05.2026
Ekologiya
WUF13-də iştirak üçün 40 000-dən çox şəxs qeydiyyatdan keçib
12:46 16.05.2026
Gündəm
Faktiki hava açıqlanıb
12:33 16.05.2026
Ekologiya
Tramp: Kuba tənəzzül içindədir və yardıma ehtiyacı var
12:05 16.05.2026
Dünya
Kambocanın Baş nazirinin müavini Azərbaycana səfərə gəlib
11:39 16.05.2026
Siyasət
Trampdan İranın kapitulyasiyası ilə bağlı bəyanat: "Şübhəm yoxdur"
11:28 16.05.2026
Dünya
Putinin Çinə səfərinin tarixi bəlli oldu
11:16 16.05.2026
Dünya
Ərdoğan Trampla danışdı, əməliyyat ləğv edildi...
11:03 16.05.2026
Dünya
Azərbaycan nefti bahalaşıb
10:25 16.05.2026
İqtisadiyyat