Məktəblər yenidən bağlanır?
05:29 20.02.2021
Elm və Təhsil
952
Karantinə alınan təhsil müəssisəsində 3 nəfərin yoluxması ajiotaja səbəb olan hadisə deyil
Bakıda məktəblərin koronavirusa görə martın 1-dən distant təhsilə keçəcəyi ilə bağlı söz-söhbətlər yayılıb. Bu barədə sosial şəbəkələrdə və “Whatsapp” qruplarında bildirilir. Qeyd edilir ki, məktəblərdə müəllimlər, texniki işçilər və şagirdlər arasında yoluxmalar qeydə alınıb. Bakının Nərimanov rayonunda yerləşən 82 nömrəli tam orta məktəbin koronavirusa görə fəaliyyətinin müvəqqəti dayandırılması yayılan söz-söhbətin daha da artmasına səbəb olub.
Təhsil eksperti Kamran Əsədov "Şərq"ə açıqlamasında qeyd edib ki, məktəblərin bağlanması ilə bağlı hazırda hər hansı bir məsələ müzakirə predmeti deyil. Məktəblərin bağlanması qərarını vermək çox yanlış olar:
"Biz konkret rəqəmlərə baxsaq görərik ki, fevral ayının 1-dən birinci və dördüncü sinfi əhatə edən 640 min şagird, fevral ayının 8-dən 5-ci və 9-cu siniflər Bakı, Abşeron, Sumqayıt istisna olmaqla tədris prosesinə cəlb ediliblər. Ondan sonrakı mərhələdə, 15 fevraldan etibarən Bakı da daxil olmaqla demək olar ki, ölkənin bütün ərazisində 5-ci, 6-cı, 7-ci, 8-ci və 9-cu siniflər məktəblərə cəlb olunublar. Hazırda ölkədə 1 milyon 400 minə yaxın şagird tədris prosesinə cəlb edilib. Kifayət qədər böyük sayda müəllim də dərs prosesində ənənəvi formada iştirak edir. Təbii ki, bu rəqəmlərin fonunda şagirdlər arasında hər hansı bir yoluxma hallarının olacağı qaçılmaz idi və gözlənilən idi. Qeyd edim ki, hazırda təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır".
K.Əsədov əlavə edib ki, yalnız məktəbləri bağlamaqla heç də yoluxmanın qarşısını ala bilmərik:
"Çünki hər hansı bir yoluxma olmuş şəxslər, eyni zamanda potensial daşıyıcı olan şəxslər yalnız təhsil müəssisələrinə daxil olanda müəyyən yoxlamalara cəlb edilirlər. Hər hansısa bir əlamət aşkarlanan şəxslər dərhal tədris prosesindən kənarlaşdırılır və cəmiyyətdən tədric olunur.
Əgər dərslər dayanarsa, həmin şəxslər təbii ki, cəmiyyətdə gəzəcəklər və digər şəxslərə yoluxduracaqlar.
Digər tərəfdən isə onlayn qaydada tədris o qədər də effektiv deyil. Çünki bütün uşaqların heç də hamısının kompüteri, planşeti və interneti yoxdur. Həmçinin bütün fənlərin məsafədən tədrisi keyfiyyətli olmur. Hesab edirəm ki, 82 saylı orta məktəbdə baş verən yoluxma o qədər də ciddi bir rəqəm deyil.
Nəzərə alsaq ki, məktəbdə 1500-dən çox şagird, eyni zamanda 129 nəfərdən çox çalışan işçi var. Üç nəfərin yoluxmaya məruz qalması təbii ki, elə də böyük bir ajiotaja səbəb olan hadisə deyil.
Ümumiyyətlə isə tədris prosesinin qapanması və açılması bu prosesdə tədris keyfiyyətə çox mənfi təsir göstərir. Və bu, təhsil alanların tədris prosesinə uyğunlaşmasına çətinliklər yaradır. Birmənalı şəkildə hesab edirəm ki, bu hadisələrin qarşısını almaq üçün metrolar mütləq açılmalıdır.
Xüsusi məktəblər üçün isə ictimai nəqliyyat, avtobuslar müəyyənləşməlidir ki, ondan yalnız şagirdlər istifadə etsin. Həmçinin məktəblərdə dezinfeksiya işləri mütəmadi olaraq aparılmalı və ən vacib məqam isə şagirdlər arasında məsafə gözlənilməlidir.
Hesab edirəm ki, bu qaydalara riayət etməklə tədris prosesinin təşkilini tam şəkildə təmin etmək mümkündür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qohumların bezdirici cümlələri - Çoxu qarşılaşır
17:24 23.03.2026
Cəmiyyət
Bitməyən yorğunluğun səbəbi: Zehni “açıq səhifələr”
17:13 23.03.2026
Sağlamlıq
“Al Jazeera”: İran geri addım atmağa hazırdır
16:45 23.03.2026
Region
Trampın bu açıqlamasından sonra neft kəskin ucuzlaşdı
16:22 23.03.2026
Dünya
Rəsmi Bakı Rusiya XİN-ə cavab verib, Moskvadan izahat gözləyir
15:58 23.03.2026
Siyasət
MN: Bakı və Abşeronda PUA-larla təlim-məşq uçuşları keçiriləcək
15:51 23.03.2026
Hərbi
Putin azərbaycanlı alimi təltif edib
15:44 23.03.2026
Dünya
Abbas Əraqçi Hakan Fidanla raket hücumu barədə danışdı
15:35 23.03.2026
Gündəm
Albaniyada hökumət binasına hücum edildi
15:22 23.03.2026
Dünya
XİN Pakistan xalqını təbrik edib
14:14 23.03.2026
Siyasət
ABŞ İranda quru əməliyyatına başlasa... - Rudenko
13:52 23.03.2026
Dünya