"Məktəblərdə valideyn nəzarət mexanizmi inkişaf etməlidir"
Yusif Nəzərli
10:28 15.02.2023
Elm və Təhsil
936
“Bunu adi, sıradan hadisə kimi hallandırır”
“Məktəblərimizdə vətəndaş institutu yox səviyyəsindədir”
“Bu kimi hallarda töhmət yox, cəza tətbiq olunmalı, müəllim cinayət tərkibli əməlinə görə qanun qarşısında da cavab verməlidir”
49 nömrəli “İntellekt” məktəb-liseyində müəllim valideynlərdən pul tələb edib. Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb. Bildirilib ki, liseyin ingilis dili müəllimi Könül Həsənova rəhbərlik etdiyi sinfin valideyn qrupuna səs ataraq pul istəyib:
“Mən pul üçün məcbur etmirəm. Amma siz bilirsiniz ki, şagirdlər istədikləri vaxt dərsdən qaçır, istədikləri vaxt qalırlar. Bunlara nə hesabına hörmət olunduğunu nəzərə almırsınız? Gücünüz çatan məbləği verin və siyahı tutulsun”.
O, bütün siniflərin pul verdiyini qeyd edib.
Məsələ barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən cavab olaraq qeyd edilib ki, paytaxtdakı 49 nömrəli “İntellekt” məktəb-liseyində valideynlərdən vəsait tələb olunmasına dair səs yazısı ilə bağlı məlumat bir neçə gün öncə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə daxil olub:
“Bununla əlaqədar müvafiq araşdırma aparılıb. Araşdırmanın nəticələrinə müvafiq olaraq görüləcək qanunauyğun tədbirlər haqqında əlavə məlumat veriləcək. Qeyd edək ki, məktəbin fəaliyyətinə uyğun olmayan və müəllimin nüfuzuna xələl gətirən hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır”.
Səbəblərlə bağlı “Sherg.az”a danışan təhsil üzrə ekspert Elmin Nuri bildirib ki, müəllimin birbaşa belə bir istəklə çıxış etməsi qəti yolverilməzdir. Onun sözlərinə görə, bu, bir çox mətləblərə aydınlıq gətirmiş olacaq:
“Ən birinci amil, bu gün məktəblərdə vətəndaş nəzarəti institutunun formallığı, fəaliyyətinin sıfıra bərabər olmasıdır. Məktəblərdə vətəndaş nəzarəti mexanizmini yerinə yetirməyə borclu olan valideyn komissiyaları özfəaliyyət proqramının tam əksini edir. Onların əsas işi müxtəlif təqvim günlərində müəllimlər üçün pul toplamaq, ad günləri və bayramlarını mütləq mənada təbrik etmək üçün qeyri-loyal addımların təşkilatçısı olmaqdır. Görün, vəziyyət nə yerə çatıb ki, müəllim birbaşa özü valideynlərdən ibarət sosial şəbəkə qrupuna rüşvət istəyi ilə bağlı yazır və bunu adi, sıradan hadisə kimi hallandırır. Halbuki, həmin müəllim bu addımına görə öncə həmin vatsap qrupunda olan valideynlərdən, onların həyata keçirəcəyi ictimai qınaqdan çəkinməli idi. Müəllim bu gün pul tələb etdiyi valideynin qarşısında əslində öhdəlik daşıyan şəxs olduğunun fərqində deyil. Məktəblərimizdə vətəndaş institutu yox səviyyəsindədir. Suala cavab olaraq deyə bilərəm ki, öncə bu məsələ öz həllini tapmalıdır”
Ekspert onu da əlavə edib ki, bu gün orta ümumtəhsil müəssisələrində obyektivlik və ədalətlilik meyarlarını rəhbər tutan valideyn nəzarət mexanizmi inkişaf etməli, istər təhsilalanlar, istərsə də təhsilverənlər tərəfindən yaranan qayda pozuntularına onlar tərəfindən anında reaksiya verilməlidir:
“Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsələ ilə bağlı mediaya açıqlamasında da bildirilir ki, hadisəyə qanunvericilik çərçivəsində qiymət veriləcək və hüquqi addım atılacaq. Amma hüquqi addımla yanaşı, ictimai nəzarətin də gücləndirilməsinə xüsusi ehtiyac var. Bunun üçün də valideyn komissiyaları yenidən və tam fərqli qaydalar əsasında formalaşmalıdır. Yeni tərkib bayramlarda pul yığımlarından tutmuş, məktəblərdə bullinq və mobinq məsələlərinə, şagirdlərin davranış pozuntuları və onların səbəb olacağı neqativlərə xüsusi nəzarət etməlidirlər. Qanunvericilik tələbinə əsasən, məktəblərdə rüşvət alan müəllimə əsasən töhmət və şiddətli töhmət verməklə məsələ qapadılır. Lakin bu kimi hallarda töhmət yox, cəza tətbiq olunmalı, müəllim cinayət tərkibli əməlinə görə qanun qarşısında da cavab verməlidir. Çünki o qanuna tabe olmalı bir vətəndaş kimi hüquqlarından kənar hərəkət etməklə yanaşı, müəllim və məktəbin nüfuzunu da aşağı salmış olur”.
Şərqiyyə Nəbi
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuzda 26 yaşlı qadın itkin düşüb - FOTO
16:07 17.08.2026
Hadisə
Donald Tramp: İranla müharibəni dayandırmağa tələsmirəm
15:44 17.08.2026
Dünya
Azərbaycanın dənli bitki ixracı 54%-ə yaxın artıb
15:20 17.08.2026
İqtisadiyyat
ABŞ və İran atəşkəsin uzadılması barədə razılığa gəldi
15:10 17.08.2026
Son dəqiqə
Ukrayna səfiri dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib
15:03 17.08.2026
Siyasət
İran Omanla Hörmüz boğazı üzrə danışıqları davam etdirir
14:45 17.08.2026
Dünya
Artur Ovannisyan: KTMT-dən asılı qalmaq niyyətində deyilik
14:15 17.08.2026
Gündəm
İranda Xəzərlə bağlı beştərəfli görüş keçiriləcək
13:55 17.08.2026
Dünya
Növbəti köç karvanı Xocavəndə çatdı - YENİLƏNDİ
13:50 17.08.2026
Gündəm
Şərif Trampı təriflədi: Cəsarətli lider…
13:39 17.08.2026
Dünya
Rusiya Türkiyəni Qərbdən uzaqlaşdırmaq istəyir - Hasan Oktay
13:02 17.08.2026
Gündəm
İran Bərzaninin ofisini vurdu
12:31 17.08.2026
Dünya
Binədə futbol oynayan 26 yaşlı oğlan öldü
12:05 17.08.2026
Hadisə
İlham Əliyev Ukraynanın sabiq Prezidenti ilə görüşdü
11:58 17.08.2026
Gündəm
Bakıda mənzildən meyit tapıldı
11:30 17.08.2026
Hadisə