
Müəllimdən unikal layihə: “Fransız dilinin tədrisində faydalı onlayn qiymətləndirmə vasitələri" təqdim olunub
Yusif Nəzərli
13:37 22.11.2021
Elm və Təhsil
572
Təhsildə İnkişaf və Innovasiyalar üzrə Qrant müsabiqəsi Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilmiş qaydalara əsasən keçirilir.
Bu qaydalarda nəzərdə tutulub ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi elan edir.
Məqsəd təhsil müəssisələrində təhsil işçiləri arasında rəqabətin stimullaşdırılması, onların innovativ fəaliyyətlərinin dəstəklənməsi, məktəblərdə təhsil işçilərinin fəallığının artırılması, reallaşdırmaq istədikləri islahatları ideyaları, tədbirləri həyata keçirməkdir. Nəticə etibari ilə layihə icrası zamanı təhsil işçiləri layihə təklifetmə, icra etmə bacarığına yiyələnmiş olurlar.

Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi 2017 ci ildən keçirilir. Bu il sayca V olan qrant müsabiqədə fərdi kateqoriya üzrə Suraxanı rayonu A.Səfərov adına 114 nömrəli məktəbin fransız dili müəllimi Ülkər İsmayılovanın "Fransız dilinin tədrisində faydalı onlayn qiymətləndirmə vasitələri" layihəsi qalib olub.
Ülkər İsmayılova qeyd edib ki, fransız dilinin tədrisində faydalı onlayn qiymətləndirmə vasitələri layihəsini təklif etməkdə məqsədi ölkəmizdə tədrisin distant formada keçirilməsi digər fənlərdən olduğu kimi fransız dilinin tədrisində də müəyyən çətinliklər yaratması olub:
“Hazırda sevərək çalışdığım Suraxanı rayon A.Səfərov adına 114 nömrəli tam orta məktəbdə 200- ə qədər fransız dilini öyrənən şagird təhsil alır.
Sagird nailiyyətlərinin məsafədən qiymətləndirilməsi hər yerdə olduğu kimi bizdə də çətinliklərə səbəb olur. Məqsədimiz ölkədaxili həmkarlarla əməkdaşlıq etmək şagirdlərə dərsləri birgə distant tədris etməkdir.
Bunun üçün fransız dili tədris edilən məktəbləri , müəllimləri seçmək şagirdlərdə məsafədən qiymətləndirmə vərdişlərini formalaşdırmaqdır. Bunun üçün fransız dili tədris olunan məktəblərdə müəllimlərlə onlayn görüş kecirərək layihədə birgə çalışırıq.
Layihədə Qazax, Ağstafa ,Tovuz ,Qəbələ rayonlarından və Bakı şəhərində fəaliyyət göstərən fransız dili müəllimləri fəal iştirak edirlər.Layihə təlimləri təlimat üzrə onlayn formada davam edir.
Bu günə qədər keçirilmiş təlimlərdə “Evalbox”, “Quizlet”, “Crossword”, “Bamboozle” kimi onlayn viktorina tipli qiymətləndirmə vasitələri ilə müəllimlər tanış olub və təlimlər çox böyük maraqla qarşılanıb”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Birlikdə idman edən cütlüklər daha xoşbəxtdirlər - Araşdırma
07:17 19.08.2026
Sağlamlıq
Bu həftə bəzi bürclər üçün dönüş nöqtəsi olacaq
06:44 19.08.2026
Cəmiyyət
“Daha 17”nin ulduzları eşq yaşayır?
04:50 19.08.2026
Şou
Gündə beş fincan qəhvə içməyin təəccüblü faydası
04:14 19.08.2026
Sağlamlıq
Bu, Moskva üçün qəbuledilməzdir - Uşakov
02:57 19.08.2026
Region
Bununla müharibə yenidən başlayacaq - Arakçı
01:26 19.08.2026
Aktual
İranla bütün ticarət və maliyyə əməliyyatlarını dayandırıb
01:04 19.08.2026
Aktual
ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu azalda bilər
00:43 19.08.2026
Dünya
İsrail HƏMAS komandirlərinin görüş yerini vurdu
23:42 18.08.2026
Gündəm
Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi
23:03 18.08.2026
Gündəm
Türkiyə İsrailin Suriyaya hücumlarını pislədi
21:57 18.08.2026
Dünya
Vəkil Elşad Məmmədov həbs edilib
21:43 18.08.2026
Hadisə
Türkiyəli deputat keçmiş partiyadaşı tərəfindən bıçaqlanıb
21:30 18.08.2026
Gündəm
İsrail ordusu HƏMAS-ın dörd komandirini öldürdüyünü açıqlayıb
21:03 18.08.2026
Dünya
“Neftçi” serbiyalı futbolçunu transfer etdi
20:50 18.08.2026
Futbol