Prezident İlham Əliyev Azərbaycan və Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının tərkibinin yenilənməsi ilə bağlı sərəncam imzalayıb.
Sherg.az xəbər verir ki, Sərəncamda deyilir:
"1. “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 6, maddə 373 (Cild I) 1-ci hissəsi ilə təsdiq edilmiş Dövlət Komissiyasının tərkibi aşağıdakı redaksiyada verilsin:
“Komissiyanın sədri
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Komissiya sədrinin müavini
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini
Komissiyanın üzvləri:
Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini
Azərbaycan Respublikası daxili işlər nazirinin müavini
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı
Balakən Rayon İcra Hakimiyyətinin başçısı
Qax Rayon İcra Hakimiyyətinin başçısı
Qazax Rayon İcra Hakimiyyətinin başçısı
Samux Rayon İcra Hakimiyyətinin başçısı
Tovuz Rayon İcra Hakimiyyətinin başçısı
Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti rəisinin müavini
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin rəisi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik Baş İdarəsinin rəisi
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində “Geodeziya və Kartoqrafiya Agentliyi”nin sədri
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyəti sədrinin müavini.”.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən Dövlət Komissiyasının yeni tərkibi barədə Gürcüstan tərəfinə bildiriş göndərsin".