Panamada zəlzələ: 27 nəfər xəsarət alıb, 400-dən çox bina zədələnib

Panamada baş verən 7,2 maqnitudalı zəlzələ nəticəsində azı 27 nəfər yüngül xəsarət alıb, 300 nəfər təxliyə edilib.

Sherg.az xəbər verir ki, EFE agentliyinin ölkənin Milli Mülki Müdafiə Sisteminə (Sinaproc) istinadən verdiyi məlumata görə, zəlzələ 400-dən çox binaya, o cümlədən 118 təhsil müəssisəsinə ziyan vurub. Zərər görən obyektlər arasında yollar, inzibati binalar, yaşayış evləri, kilsələr və kommersiya obyektləri də var.

Hakimiyyət orqanlarının məlumatına görə, ölənlərin olub-olmaması barədə hələlik məlumat yoxdur.

Zəlzələ cümə günü qeydə alınıb. Panama Universitetinin Geologiya Elmləri İnstitutunun məlumatına əsasən, yeraltı təkanların ocağı 4 kilometr dərinlikdə, episentri isə Tonosi şəhərindən 39 kilometr şimal-qərbdə yerləşib. Əsas təkanın ardınca çoxsaylı afterşoklar baş verib.