Müəllimə qarşı aqressiyanı daha da artıracaqlar
Yusif Nəzərli
07:24 21.02.2023
Elm və Təhsil
568
Şagirdləri nizam-intizama cəlb etmək şagirdi cəzalandırmaqla mümkün olacaq iş deyil
“Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları”nın pilot tətbiqinə başlanılıb. Bu barədə Elm və Təhsil Nazirliyinin məlumatında bildirilib. Qeyd edilib ki, ilkin mərhələdə 300-dən çox məktəbdə tətbiq ediləcək pilot layihə 322 min nəfərdən çox şagirdi əhatə edəcək. Həmin müəssisələrdə davranış qaydalarının tətbiqi tədris ilinin sonunadək davam edəcək. Qeyd edək ki, orta məktəblərdə nizam-intizam qaydalarını pozan şagirdlər üçün ötən il cəza tədbirləri müəyyənləşdirildi. Davranış səviyyələrinə görə tətbiq ediləcək inzibati tədbirlərə müəllim baxışı, qeyri-verbal münasibət, şagirdlərlə sakit söhbət, xəbərdarlıq, uzaqlaşdırma, valideyn ilə əlaqə saxlamaq, dərsdən sonra şagirdin məktəbdə saxlanması, psixoloqa yönləndirmə, sarı xəbərdarlıq, narıncı xəbərdarlıq, qırmızı xəbərdarlıq. Məlumdur ki, davranış qaydalarının pozulması cəza tədbirlərinin “yüngül, orta, ağır, yüksək ağırlıqlı” kimi dərəcələrə bölünməsi məktəblərdə son illərdə baş verən “ağla zərər” hadisələr, bu azmış kimi baş verənlərin videoya çəkilərək sosial şəbəkələrdə yayımlanmasıdır. Daha nələr baş verməyib ki, orta məktəblərdə; müəllimin təhqir olunmasından tutmuş yumurta-pomidor “qonaqlığına” qədər. Açığı, orta məktəblərdə “davranış pozuntusu”nun ən yaxşı nümunəsi soyuqdan donan şagirdlərin bunu əllərində plakat tutaraq ölkəyə elan etməsiydi. Amma bəziləri bunu da zidd davranış olaraq dəyərləndirdi. İndi pilot layihənin icrasına başlanması məktəblərə, ümumən təhsilimizə nə qazandıracaq?
Təhsil eksperti, fəlsəfə doktoru Kamran Əsədov “Şərq”ə açıqlamasında şagirdlərin inzibati cəzalara məhkum edilməsinin dünya təcrübəsində olmadığını dedi:
- Belə bir şey dünyann heç bir yerində yoxdur. Bunu özlərindən uydururlar. Təhsilin keyfiyyətini yüksəltmək, şagirdləri nizam-intizama cəlb etmək şagirdi cəzalandırmaqla mümkün olacaq iş deyil. Şagirdin cəzalandırılması dünyada qəbul edilmir. Şagirdi cəzalandırmaqla nə onu nizam-intizama cəlb etmək mümkündür, nə də təhsilə marağını artırmaq. Əksinə, şagirdi cəzalandırmaqla onda məktəbə, müəllimə qarşı aqressiyanı artırmış olacaqlar, şagirdlər müəllimlərə, məktəbə qarşı birləşəcək artıq. Bu da məktəblərdə daha ciddi problemlər yaradacaq. Təlim-tədris sistemində cəza anlayışı ümumiyyətlə yoxdur. Müəllim-valideyn əməkdaşlığını sağlam şəkildə qurmaq, şagirdi təşviq etmək, onda təlimə, təhsilə həvəs oyatmaq, şagirdə məsuliyyət yükləmək anlayışları var, bunu da bizim Təhsil Nazirliyi və tabeliyində olan qurumlar bacarmır. Məktəblər artıq idarəolunmaz səviyyəyə çatıb. Məktəblilər də həmçinin. Bunun da baiskarı yarıtmaz fəaliyyət göstərən Təhsil Nazirliyidir, Azərbaycan təhsilini bu cür bərbad hala salanlardır. Mən artıq bir neçə dəfə onlara səslənmişəm ki, cənablar, xanımlar, sizin vəzifə başında qaldığınız hər saniyə təhsilimizi uçuruma daha da yaxınlaşdırır. Lütfən, istefa verin, gedin. İşi bacaranlar gəlsin. İşi bacaranlara tapşırmaq lazımdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuzda 26 yaşlı qadın itkin düşüb - FOTO
16:07 17.08.2026
Hadisə
Donald Tramp: İranla müharibəni dayandırmağa tələsmirəm
15:44 17.08.2026
Dünya
Azərbaycanın dənli bitki ixracı 54%-ə yaxın artıb
15:20 17.08.2026
İqtisadiyyat
ABŞ və İran atəşkəsin uzadılması barədə razılığa gəldi
15:10 17.08.2026
Son dəqiqə
Ukrayna səfiri dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib
15:03 17.08.2026
Siyasət
İran Omanla Hörmüz boğazı üzrə danışıqları davam etdirir
14:45 17.08.2026
Dünya
Artur Ovannisyan: KTMT-dən asılı qalmaq niyyətində deyilik
14:15 17.08.2026
Gündəm
İranda Xəzərlə bağlı beştərəfli görüş keçiriləcək
13:55 17.08.2026
Dünya
Növbəti köç karvanı Xocavəndə çatdı - YENİLƏNDİ
13:50 17.08.2026
Gündəm
Şərif Trampı təriflədi: Cəsarətli lider…
13:39 17.08.2026
Dünya
Rusiya Türkiyəni Qərbdən uzaqlaşdırmaq istəyir - Hasan Oktay
13:02 17.08.2026
Gündəm
İran Bərzaninin ofisini vurdu
12:31 17.08.2026
Dünya
Binədə futbol oynayan 26 yaşlı oğlan öldü
12:05 17.08.2026
Hadisə
İlham Əliyev Ukraynanın sabiq Prezidenti ilə görüşdü
11:58 17.08.2026
Gündəm
Bakıda mənzildən meyit tapıldı
11:30 17.08.2026
Hadisə