Müəllimin uşaqlara məktəbə gəlməməklə bağlı çağırış etməsi düzgün deyil
Yusif Nəzərli
00:28 10.01.2023
Elm və Təhsil
561
Əgər töhmət müəllimə məsələni ictimailəşdirdiyinə görə verilibsə, bu, qəbuledilməzdir
“Məsələyə vaxtında reaksiya verilməli, həmin ayaqyolu aidiyyəti dövlət qurumları tərəfindən təmir edilməlidir”
Bir neçə gündür sosial şəbəkələrdə İmişlidə müəllimin məktəbdə ayaqyolunda şəraitin yaxşı olmaması ilə bağlı şagirdlərə çağırış etməsi geniş müzakirə olunur. Məsələyə millət vəkili Ceyhun Məmmədov da münasibət bildirib. Deputat 2023-cü ilin büdcəsi müzakirə olunarkən bu məsələyə diqqət çəkdiyini vurğulayıb. Parlament üzvü qeyd edib ki, son illər ölkə rəhbərliyinin müvafiq tapşırıqlarına əsasən ölkəmizdə yüzlərlə məktəb təmir və bərpa olunub, bu gün də bu işlər uğurla davam etdirilir.
Ölkə rəhbərliyinin təhsilimizə diqqət və qayğısı ən yüksək səviyyədədir. Ancaq onu da qeyd edək ki, bu gün bölgələrdə 1000-ə yaxın məktəb təmirsiz vəziyyətdədir:
"Hətta təmir olunan bəzi məktəblərdə bir sıra çatışmazlıqlar var. Bölgələrdə həqiqətən çox bərbad vəziyyətdə olan məktəblər var. Bölgələrə səfərim zamanı bunu dəfələrlə müşahidə etmiş, hətta aidiyyəti qurumlara müraciətlər də ünvanlamışam. Onların sürətli şəkildə təmirinə ciddi ehtiyac var. Töhmət məsələsinə gəldikdə isə müəllimin uşaqlara məktəbə gəlməməklə bağlı çağırış etməsi düzgün deyil və qanun pozuntusudur. Ola bilsin, müəllim əsəbiləşib belə mövqe sərgiləyib. Müəllimə töhmət bu məqsədlə də verilə bilər. Əgər töhmət müəllimə məsələni ictimailəşdirdiyinə görə verilibsə, bu, qəbuledilməzdir. Bütün hallarda məsələyə vaxtında reaksiya verilməli, həmin ayaqyolu aidiyyəti dövlət qurumları tərəfindən təmir edilməlidir. Bütün hallarda isə biz müəllimlərimizi sevməli və onları qorumalıyıq".
C.Məmmədov bildirib ki, ümumiyyətlə, aidiyyəti dövlət qurumları belə məsələlərə vaxtında və operativ reaksiya verməlidir ki, müzakirələr düzgün istiqamətdə aparılsın:
"Təhsilə qayğı hamımızın işidir. Hər birimiz təhsillə bağlı məsələlərə çox həssas yanaşmalıyıq. Dövlət qurumları öz fəaliyyətlərində ictimaiyyətin haqlı narazılığını və fikirlərini nəzərə almalıdır. Zamanında verilməyən reaksiyalar dövlət qurumlarının özlərinin fəaliyyətinə inamı zədələyir. Burada söhbət bütün dövlət qurumlarından gedir. Təəssüf ki, son vaxtlar bəzi dövlət qurumlarının fəaliyyətində bu həssaslıq heç də həmişə müşahidə olunmur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycana yaz fəsli daxil olub
19:08 20.03.2026
Cəmiyyət
Tramp: ABŞ olmadan NATO “kağız pələng”dir!
18:50 20.03.2026
Dünya
Çak Norris vəfat edib
18:35 20.03.2026
Şou
Ərdoğan: Regionumuzda son illərin ən ciddi böhranı yaşanır
18:19 20.03.2026
Dünya
NATO öz kontingentini İraqdan müvəqqəti çıxarır
18:06 20.03.2026
Ekologiya
Türkiyə MN İncirlik bazasına raket hücumu iddialarına cavab verib
17:37 20.03.2026
Dünya
İran Hörmüz boğazından keçid üçün “yoxlama sistemi” hazırlayır
16:28 20.03.2026
Region
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:03 20.03.2026
Cəmiyyət
İranın "Bəsic" qüvvələrinin kəşfiyyat rəhbəri öldürülüb
15:06 20.03.2026
Gündəm
İran İsrailə ballistik raketlərlə hücum etdi - YENİLƏNİB
13:59 20.03.2026
Dünya
Trampla? Yox, yox, yox... - Quterreş
13:35 20.03.2026
Dünya
ABŞ-ın özünü bu cür aparmasına imkan verməyin!
12:52 20.03.2026
Dünya