Mülki müdafiə tədris edilsin! – “Şagirdlərə fəlakət zamanı necə davranacağını öyrətməliyik”
Yusif Nəzərli
09:12 13.02.2023
Elm və Təhsil
820
"Dünyada baş verən son təbiət hadisələri məktəblərdə mülki müdafiə fənninin tədris edilməsinin vacib olduğunu göstərir".
Bunu "Sherg.az"a açıqlamasında təhsil eksperti Nadir İsrafilov deyib.
O bildirib ki, bu insan həyatı ilə bağlı olan məsələdir:
"Sovet dövründə belə bir fənn tədris olunub. Əvvələr ona "ibtidai hərbi hazırlıq" deyirdilər sonra isə adını "Çağırışa qədər hərbi hazırlıq" olaraq dəyişdilər. Bu fənn üzrə tədbirlər keçirilirdi. Sumqayıtda müəllimin səhlənkarlığı ucbatından partlayış olduqdan sonra kabinetlər ləğv edilərək, bu fənnə olan diqqət zəiflədi. Lakin Qarabağ savaşından sonra əvvəlki səviyyədə olmasa belə, bu fənnə diqqət artırılıb".
Ekspertin sözlərinə görə biz müxtəlif elmlərin əsasını tədris etməklə yanaşı, uşaqları təbii fəlakət zamanı necə davranacağını da öyrətməliyik:
"Heç kəsə sirr deyil ki, təbiətdəki kataklizmlərin sayı artır. Ona görə də uşaqlar fövqaladə hallarda vəziyyətdən çıxmaq, özlərinə və ətrafına necə yardım etmək vərdişlərinə yiyələnməlidirlər. Doğrudur, tədris fənləri çox və ağırdır. Hazırda tədris proqramlarının yüngülləşdilməsi məsələsi gündəmdədir. Ancaq "Mülki Müdafiə" fənn kimi formalaşana qədər fakültativ kursların və məktəbdənkənar tədbirlərin hesabına tədris edilə bilər. Ümumiyyətlə əyani marifləndirmə çox vacibdir. Yəni hadisə zamanı necə qorunmağı, harada dayanmağı və.s göstərən plakatlar çap olunaraq məktəblərdən asılmalıdır. Heç kəs zəlzələnin Azərbaycanda baş verməyəcəyi barəsində zəmanət verə bilməz. Biz hər şeyə hazır omalıyıq".
Qeyd edək ki, Türkiyədəki zəlzələdən sonra ekspertlər orta məktəblərdə mülki müdafiə və ilkin tibbi bacarıqlar fənninin tədrisinin vacibliyilə bağlı həyəcan təbili çalıblar. Onlar həyati bacarıqların tətbiqinin öyrədilməsinin çox ciddi məsələ olduğunu deyiblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuzda 26 yaşlı qadın itkin düşüb - FOTO
16:07 17.08.2026
Hadisə
Donald Tramp: İranla müharibəni dayandırmağa tələsmirəm
15:44 17.08.2026
Dünya
Azərbaycanın dənli bitki ixracı 54%-ə yaxın artıb
15:20 17.08.2026
İqtisadiyyat
ABŞ və İran atəşkəsin uzadılması barədə razılığa gəldi
15:10 17.08.2026
Son dəqiqə
Ukrayna səfiri dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib
15:03 17.08.2026
Siyasət
İran Omanla Hörmüz boğazı üzrə danışıqları davam etdirir
14:45 17.08.2026
Dünya
Artur Ovannisyan: KTMT-dən asılı qalmaq niyyətində deyilik
14:15 17.08.2026
Gündəm
İranda Xəzərlə bağlı beştərəfli görüş keçiriləcək
13:55 17.08.2026
Dünya
Növbəti köç karvanı Xocavəndə çatdı - YENİLƏNDİ
13:50 17.08.2026
Gündəm
Şərif Trampı təriflədi: Cəsarətli lider…
13:39 17.08.2026
Dünya
Rusiya Türkiyəni Qərbdən uzaqlaşdırmaq istəyir - Hasan Oktay
13:02 17.08.2026
Gündəm
İran Bərzaninin ofisini vurdu
12:31 17.08.2026
Dünya
Binədə futbol oynayan 26 yaşlı oğlan öldü
12:05 17.08.2026
Hadisə
İlham Əliyev Ukraynanın sabiq Prezidenti ilə görüşdü
11:58 17.08.2026
Gündəm
Bakıda mənzildən meyit tapıldı
11:30 17.08.2026
Hadisə