Orta məktəblərə direktor təyinatı çox uğursuzdur
Yusif Nəzərli
07:31 23.02.2023
Elm və Təhsil
654
Mövcud qaydalarda test imtahanı verirlər, sonra da məktəbdən xəbərsizlər müsahibə verir və təyin edilirlər
Paytaxtdakı 49 nömrəli “İntellekt” məktəb-liseyində valideynlərdən vəsait tələb olunmasına dair yayılan səs yazıları ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılıb.
Bu barədə "Tehsil.biz"ə BŞTİ-dən məlumat verilib.
Bildirilib ki, araşdırmanın nəticələrinə uyğun olaraq məktəb-liseyin direktoruna Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib:
"Belə hallara təkrar yol verildiyi halda daha ciddi tədbirlər görüləcəyi bildirilib. Məktəb-liseyin təlim-tərbiyə işləri üzrə direktor müavininin ərizəsi nəzərə alınmaqla əmək müqaviləsinə xitam verilib. Müəllimlərlə bağlı da qanunauyğun tədbirlərin görülməsi təmin ediləcək. Qeyd edək ki, məktəbin fəaliyyətinə uyğun olmayan və müəllimin nüfuzuna xələl gətirən hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır".
Azərbaycanda zaman-zaman məktəb direktorları ilə bağlı bu kimi problemlər yaşanır. Xatırladaq ki, Zaqatala şəhər Ş.Qurbanov adına 3 nömrəli tam orta məktəbdə aksiya keçirilib. Məlumata görə, müəllim və valideynlər fevralın 17-də məktəbə yeni direktor təyin edilən Məhnurə İsmayılovanın vəzifəsindən azad edilməsini tələb edirlər. Kollektiv yeni direktorun idarəçiliyindən narazıdır. Bildirirlər ki, vəzifəyə təyin olunandan sonra yeni qadağaların tətbiqinə başlayıb. Məktəbdə hazırda dərs keçirilmir.
Sözügedən hadisəni şərh edən təhsil eksperti Kamran Əsədov “Şərq”ə açıqlamasında deyib ki, hazırda orta məktəblərə direktor təyin olunma üsulu çox keyfiyyətsiz və uğursuzdur”. Onun sözlərinə görə, mövcud qaydalarda test imtahanı verirlər, sonra da məktəbdən xəbərsizlər müsahibə verir və təyin edirlər:
“Bəli, 10 il əvvəl üçün bu qaydalar adekvat hesab oluna bilərdi. İndi qaydalar daha da pisə doğru dəyişib. Belə ki, şagird sayı 150-yə qədər olan məktəblərə direktor təyinatı Regional Təhsil İdarələri tərəfindən kefləri və maraqları müqabilində həyata keçirilir. Son günlər məhz direktor təyinatından sonra baş verən hadisələr mövcud qaydalara dəyişikliklər edilməsini tələb edir”.
Təhsil eksperti Nadir İsrafilov da hesab edir ki, məktəb direktorlarının seçimində və vəzifəyə təyinatında müəyyən boşluqlar var və bunlar aradan qaldırılmadıqca bu kimi halların baş verməsi qaçılmaz olacaq: "Məktəb elə bir sahədir ki, ona rəhbərlik edənin təkcə nəzəri bilikləri kifayət etmir. Nüfuz və qarşılıqlı hörmət olmadan səmərəli idarəetmə həyata keçirilə bilməz.
Məktəbin rəhbəri, təlim-tərbiyə işinin və təsərrüfat fəaliyyətinin təşkilatçısıdır. O, müxtəlif bir-birini tamamlayan funksiyaları – təşkilatçılıq, pedaqoqluq, inzibatçılıq, ictimai xadimlik funksiyalarını yerinə yetirir.
Elə ona görədir ki, orta ümumtəhsil müəssisələrinə rəhbərlik edən şəxslərin idarəetmə bacarıqları, yaradıcı keyfiyyətləri mütəmadi müzakirə olunan mövzulardandır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuzda 26 yaşlı qadın itkin düşüb - FOTO
16:07 17.08.2026
Hadisə
Donald Tramp: İranla müharibəni dayandırmağa tələsmirəm
15:44 17.08.2026
Dünya
Azərbaycanın dənli bitki ixracı 54%-ə yaxın artıb
15:20 17.08.2026
İqtisadiyyat
ABŞ və İran atəşkəsin uzadılması barədə razılığa gəldi
15:10 17.08.2026
Son dəqiqə
Ukrayna səfiri dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib
15:03 17.08.2026
Siyasət
İran Omanla Hörmüz boğazı üzrə danışıqları davam etdirir
14:45 17.08.2026
Dünya
Artur Ovannisyan: KTMT-dən asılı qalmaq niyyətində deyilik
14:15 17.08.2026
Gündəm
İranda Xəzərlə bağlı beştərəfli görüş keçiriləcək
13:55 17.08.2026
Dünya
Növbəti köç karvanı Xocavəndə çatdı - YENİLƏNDİ
13:50 17.08.2026
Gündəm
Şərif Trampı təriflədi: Cəsarətli lider…
13:39 17.08.2026
Dünya
Rusiya Türkiyəni Qərbdən uzaqlaşdırmaq istəyir - Hasan Oktay
13:02 17.08.2026
Gündəm
İran Bərzaninin ofisini vurdu
12:31 17.08.2026
Dünya
Binədə futbol oynayan 26 yaşlı oğlan öldü
12:05 17.08.2026
Hadisə
İlham Əliyev Ukraynanın sabiq Prezidenti ilə görüşdü
11:58 17.08.2026
Gündəm
Bakıda mənzildən meyit tapıldı
11:30 17.08.2026
Hadisə